Icma.az
close
up
RU
Qədim Muğanın XX əsr şəhəri

Qədim Muğanın XX əsr şəhəri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mingəçevir – 78

Şəhər günündə Mingəçevirin 78 yaşı təntənə ilə qeyd edildi

Hər il olduğu kimi, bu il də Mingəçevir şəhərinin yaranmasının ildönümü böyük coşqu ilə qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan tədbirdə Mingəçevirin dünənini və bugününü əks etdirən sərgi ilə tanışlıq olub.

Mərasimin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhərin ilk quruculuq illərindən bu günə kimi keçdiyi inkişaf yolu ilə bağlı videoçarx nümayiş etdirilib.

Toplantıda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, 1948-ci il noyabrın 11-də şəhər statusu almış, bu günlərdə 78 yaşı tamam olan Mingəçevir Azərbaycanın sənaye, energetika, elmi, mədəni, turizm mərkəzlərindən birinə çevrilib. Ötən illər ərzində şəhərin tikinti-quruculuq işlərində iştirak edən minlərlə sakin Mingəçevirə şan-şöhrət gətirib, yüksəlişinə töhfələr verib.

Mingəçevirin formalaşmasında və inkişafında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulandı ki, məhz bu görkəmli dövlət xadiminin təşəbbüsü ilə Azərbaycan İES Mingəçevirdə inşa etdirilib. Ümummilli liderin başladığı nəhəng işlər onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Dövlətimizin başçısının iştirakı ilə “Azərbaycan İES” ərazisində inşa olunan 1880 MVT-lıq 8 Noyabr Elektrik Stansiyasının açılışı olmuş, hazırda stansiya tam gücü ilə işləyir. Bu il isə sentyabrın 26-da Prezident tərəfindən Bakı Konqres Mərkəzində onlayın formatda Mingəçevir Sənaye Parkında “TEXILE Horizon” MMC-nin ( Tekstil Krasteri) layihəsi üzrə istehsal müəssisəsinin təməlinin qoyulması şəhərimizə göstərilən diqqətin davamıdır.

Qeyd olundu ki, ötən illər ərzində ölkə Prezidentinin imzaladığı Dövlət Proqramlarına uyğun olaraq Mingəçevirdə həyata keçirilən geniş abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Sənaye müəssisələrinin istehsal gücü artır, yeni parklar və xiyabanlar salınaraq əhalinin istifadəsinə verilir. Dövlətimizin diqqət və qayğısı sayəsində Mingəçevir günbəgün gözəlləşir. Ötən illər ərzində 336 yaşayış binasının əsaslı və cari təmir işləri həyata keçirilib. 26 nümunəvi məhəllə yaradılıb, bu il isə 4 nümunəvi məhəllədə işlər aparılır. Həmin məhəllələrdə 15 idman, 16 idman trenajor və 27 uşaq əyləncə meydançaları, 220 ədəd söhbətgah, 1094 ədəd oturacaq quraşdırılıb.

İlham İsmayılov həmçinin bildirdi ki, builki “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Mingəçevir şəhərində “Bakı Abadlıq” MMC tərəfindən 98 binanın fasad hissəsi, 5 yaşayış binasının dam örtüyü təmir edilib, park və xiyabanlarda, yaşıllıq zolaqlarında abadlaşma işləri aparılıb, 9 minə yaxın gül-çiçək, 61 min dekorativ kol əkilib. Heydər Əliyev prospektində yeraltı keçidin, Gənclər-İdman İdarəsinin qarşısının, eyni zamanda Dram Teatr meydanının yenidən qurulması nəzərdə tutulub, bir neçə məhəllədə yenidənqurma işlərinin aparılması, uşaqlar üçün əyləncə və idman qurğularının quraşdırılması planlaşdırılıb.

Ölkə Prezidentinin tapşırığı ilə şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğının günü-gündən artdığını bildirən Mingəçevir ŞİH-in başçısı bu ailələırin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərildiyini də qeyd edib.

Möhtərəm Prezidentin “Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir… Şəhər təmamilə müasirləşib, gözəlləşib, böyük abadlıq-quruculuq işləri aparılır, xiyabanlar, parklar salınır, binalar təmir olunur” sözlərini yada salan şəhər rəhbəri Mingəçevirin ölkə xaricində də tanındığını vurğulayıb. Mingəçevir Türkiyə Respublikasının Qars və Gölbaşı Bələdiyyələri, Belarusiyanın Polosk, İsrailin Afula, Qazaxıstanın Uralsk, Özbəkistanın Namanqan şəhərləri ilə qardaşlaşıb.

Ölkəmizin energetika paytaxtı olan Mingəçevrdə həyat öz axarı ilə davam edir, insanların əhval–ruhiyyəsi daim yaxşılaşır. Şəhərin təhsil müəssisələrində, universitet və kolleclərdə təhsil alan məktəbli və tələbələr vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərmizə uyğun tərbiyə olunurlar. Qeyd olundu ki, şəhərin inkişafına Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük diqqət və qayğı göstərir.

İlham İsmayılov sonda “Şəhər günü” münasibətilə bir daha bütün mingəçevirliləri, Mingəçevirlə bağlı olan, onu sevən bütün insanları ürəkdən təbrik etdi, hər birinə cansağlığı, xoşbəxtlik, ailə səadəti, yeni uğurlar arzuladı.

Toplantıda çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qədim yaşayış məskəni olan Mingəçevirin keçdiyi ilk quruculuq illərindın, Ulu öndərin hakimiyyətinin hər iki dövründə şəhərin energetika və sənaye mərkəzinə çevrilməsindəki xidmətlərindən, Prezident İlham Əlieyvin qayğısı sayəsində müasir Mingəçevirin tərəqqisindən söhbət açdı.

Sonra Mingəçevirin yaradılmasının 78-ci ildönümü münasibətilə şəhərin inkişafındakı xidmətlərinə bir qrup şəxsə şəhər icra hakimiyyətinin Fəxri Fərmanı təqdim olundu.

Tədbir incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə davam etdi.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri