Yaddaş modullarının tədarükü ilə bağlı çətinliklər: smartfonların qiyməti bahalaşır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Yaddaş modullarına artan tələbat səbəbindən bütün dünyada smartfonların qiyməti bahalaşacaq.
AZƏRTAC xəbər verir ki, Sina agentliyinin məlumatına görə, Çinin bütün smartfon istehsalçıları yaddaş modullarının tədarükü ilə bağlı çətinliklərlə üzləşib.
Mütəxəssislərin fikrincə, gələcəkdə smartfonların keyfiyyəti ya aşağı düşəcək, ya da qiymətləri artacaq.
Eyni zamanda, bildirilir ki, ən böyük yaddaş istehsalçıları – “Micron”, “Samsung” və “Kioxia” şirkətləri öz avadanlıqlarının qiymətini artırmaq üçün NAND modullarının istehsalını azaldıblar.
Qeyd edək ki, oktyabrın sonunda “Xiaomi” smartfonların qiymətlərinin artdığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, smartfonların bahalaşması yaddaş modullarının qiymətlərinin artması ilə bağlıdır.
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















