Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Yaddaş zəifliyi olanlara HƏKİM MƏSLƏHƏTİ: Telefon, kompüterdən uzaq olun...

Yaddaş zəifliyi olanlara HƏKİM MƏSLƏHƏTİ: Telefon, kompüterdən uzaq olun...

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.

Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik - “Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, “Səhər nə yediyim yadımdan çıxıb”, “Açarları qoyduğum yeri unutmuşam”, “Yaddaşım yaman zəifləyib” və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.

Bəs bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik? Yaddaşsızlıq problemini aradan qaldırmaq olarmı? Ailem.az bu və digər məqamlara aydınlıq gətirməyə çalışıb.

Problemlə bağlı Ailem.az-a danışan psixoloq Elnur Rüstəmov deyir ki, bu gün dünya əhalisi yaddaşsızlıq sindromundan və altsheymer xəstəliyindən çox əziyyət çəkir: “Xüsusən yaşa dolduqca problem özünü daha çox göstərir. Əvvəllər altsheymer xəstəliyini adətən 65 yaşdan yuxarı yaşlılarla əlaqələndirirdilərsə, elmin inkişafı xəstəliyə erkən yaşlarda da rast gəlməyin mümkün olduğunu üzə çıxarıb. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər. Bir də var yaddaşın pozulması ilə bağlı məsələ ki, bu, müxtəlif səbəblərdən ola bilər. Məsələn, stress, diqqət dağınıqlığı bu gün qlobal bir problemdir. Bu nədən yarana bilər? Hazırda bir çoxları işinə konsentrasiya ola bilmir. Bu gün həyatımızda mobil telefon, kompüter və sair kimi diqqəti yayındıran çox şeylər var. Nəticədə insan oxuduğu bir şeyi yaxşı mənimsəyə, onu tam yadında saxlaya bilmir”.

Psixoloqun sözlərinə görə, bu cür hallar insanların beyni həddindən artıq informasiya ilə yükləndiyi üçün yaranır. Ona görə də ifrat informasiya ilə yüklənməmək lazımdır: “Artıq kompüterin özü belə, mobil telefona köçürülüb. Ona görə çalışmaq lazımdır ki, mümkün qədər bu vasitələrin istifadəsi azaldılsın. İnsan ifrat informasiya ilə yüklənməsin. Ən azından stresslə necə davranmağı bilmək lazımdır. Bu bir həqiqətdir ki, stressiz həyat yaşamaq mümkün deyil. Ona görə də heç olmasa stresli hallarda nə etmək lazım olduğunu bilmək lazımdır. Dolayısı ilə hər birimiz özümüzün fərdi psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq. Çünki biz hamımız qlobal proseslərin tərkib hissəsiyik. Bu gün nəinki yaddaşsızlıq, ümumiyyətlə, psixoloji problemlər artıb. Bu problemlərin artmasının bir səbəbi də qeyd etdiyimiz kimi, informasiya əsrində yaşamağımızdır”.

Nevropatoloq Rima İbadova məlumat verir ki, yaddaş problemləri özünü klinik olaraq yaddaş, diqqət, dil və koqnitiv pozğunluqla göstərir: “Yaddaş pozğunluqları zamanı yaxın və uzaq yaddaş pozulur. Yaxın yaddaş pozğunluğu daha çox demensiyada, uzaq yaddaş pozğunluğu isə depressiv hallarda müşahidə olunur. Buna Ribo qanunu da deyilir. Yaddaşsızlığın digər adı demensiyadır. Daha çox 60-65 və yuxarı yaşlarda rastlansa da, getdikcə gəncləşməkdədir. Demensiyaya bəzən ağıl zəifliyi də deyilir. Demensiya qazanılmış bilik və bacarıqların itirilməsi və yenilərinin yaranmamasıdır. Birincili demensiyanın ən geniş yayılmış forması altsheymer xəstəliyidir. Bir də ikincili demensiya mövcuddur. Daha çox damar mənşəli beyin problemləri, B12 vitamin çatışmazlığı, hipotireoz və başqa problemlərdən qaynaqlanır. Həmçinin, internet, kompüter, telefon materiallarından çox istifadə etməyimiz bu problemi erkənləşdirir. O cümlədən, bu, depressiv problemlərlə də müşahidə olunur. Depressiv səbəbli yaddaş problemləri daha qısa zamanlıdır, amma altsheymer daha problemli yaddaşsızlıqdır”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri