Icma.az
close
up
RU
Yağış norması aşağı götürüləndə...

Yağış norması aşağı götürüləndə...

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndinin yağışları da kişilər kimidir – romantik deyillər, tez-tez təbii fəlakətə dönürlər.

Düzdür, hələ də ictimai yerdə, xüsusilə də alış-veriş mərkəzlərinin ortasında dizini yerə atıb, xalqa göstərə-göstərə sevgilisinə evlilik təklif edən, bu ritualı şampan fujerinin dibinə təkqaşlı brilyant üzük qoyaraq həyata keçirən, ad günündə nişanlısına “milyon-milyon qızılgül” göndərən romantik oğlanlar var, amma bunlar normadan artıq romantik olanlardır. Çünki evliliyin ili tamam olmamış qaçıb Nərminaov (və ya Nəsimi, Nizami, Yasamal, Səbayel) rayon məhkəməlinə boşanma ərizəsi verirlər. Məlum olur ki, roman bitib, tık yoxdur. Nəticədə həftədə yeddi dəfə saytlarda vay-nöfsə qopur: “Boşanmalar artır, doğum azalır – çıxış yolu nədir?”

Amma bu başqa söhbətdir, əsas mövzumuz indinin yağışlarıdır – xüsusilə də normadan artıq yağanları.

Kənd yeri üçün yağışın norması yoxdur, dolmuş bulud boşalana qədər yağır, su torpağa hopur, qrunt sularına qarışır, yerdə qalanı da axıb çaylara, göllərə gedir. Nepaldakı kimi olmasa kənd yerinin yağışlarının normadan artıq olub-olmadığını bilmək olmaz.

Şəhər yerində isə başqadır. Burada insanlara su limitlə verildiyi kimi, yağışların da norması var. Bir az normadan artıq oldumu, xalqımız Hacıbala Abutalıbovu xatırlayır. Adam 8 ildir şəhər meri vəzifəsindən çıxıb, amma indiki mer (Eldar Əzizov) qədər xatırlanır. Necə işləyibsə... Xalqda belə bir qənaət var ki, o və onun xələfi Bakı şəhəri üçün yağışın normasını aşağı götürüblər. Əslində isə bu şəhər üçün yağış norması iki, hətta üç bu qədər olmalıymış ki, küçələr axar çaylara dönməsin.

(Görəsən, Əliş müəllimin vaxtında paytaxta yağan yağışlar necə olurmuş? Axıb dənizə gedirmiş, yoxsa küçələrdə göllənirmiş? Bəlkə sovet dövrünün yağışları partiya və hökumətin atalıq qayğısı nəticəsində həmişə normaya uyğun yağırmış? Qoy bunu yaşlı adamlar nostaljiyə qapılaraq, “eh, sovet dövrünün yağışları başqaydı” deyə izah etsinlər).

Vaxtilə Arpaçay həndəvərinə düşən yağışın miqdarı və bunu Sara xanımın həyatına təhlükə yaratması və Xançobana faciə yaşatması vaqiəsini xatırlayanda əmin olursan ki, keçmişdə də normadan artıq atmosfer çöküntüləri olub. Elə ustad Şəhriyar da “Heydərbaba, ildırımlar şaxanda, sellər, sular şaqqıldayıb axanda” kimi misraları əbəs yerə yazmayıb. Bunu o dönəmin press-relizi də saymaq olar. Şair təbiət hadisəsini və ona səf bağlayıb baxan qızları təsvir edib. Elə indinin özündə də keçilməz çaya dönmüş küçələrin bəri tərəfindən o tərəfinə keçmək üçün qızlar (eləcə də oğlanlar) səf bağlayıb baxırlar, hətta əlaqədar yoldaşların şövkətinə salam göndərənlər, adlarını dilə gətirənlər də tapılır.

İndi deyirlər, bu qlobal istiləşmənin, planetin orta temperaturunun 1+ dərəcə artmasının nəticəsidir. Elm adamları ilə mübahisə etməyin yeri yoxdur, deyirlərsə, bir bildikləri var. Cənub-şərqi Asiyada ildə 2-3 dəfə musson yağışları olur. Yağış başlayır və 30-40 gün kəsmir. Bizim normalarla götürsək, 50 dəfə artıq yağır, amma o regionun norması çox yuxarıdır deyə dözürlər.

Bizə o qədər yağsa, qırılıb gedərik. Ya da birtəhər yağmurlu havalara uyğunlaşmağa çalışarıq. Benqallar mussona birtəhər öyrəşiblər, amma yenə də hər il minlərlə banqladeşli sırf o zəhlətökən yağışların üzündən ölkəni tərk edir, nisbətən azyağışlı ölkələrə getmək istəyirlər.

Bir də var noyabr yağışı – çiskin-çiskin, narın-narın yağır, adamlar da bir quru və isti yer tapıb oturur, romantikləşirlər. Hərçənd Andropovun vaxtında elə bir hava kəndçimiz Uğur kişiyə baha başa gəlmişdi. Kəndçimiz oğullarına sünnət toyu edəndə elə bir “vino-vodoçnu” havaya düşmüşdü və kəndin cavanları mis teştdə bişirilən bozbaşdan yeyə-yeyə və “andropovski” araqdan vura-vura axşama qədər oturmuşdular. Axırda məlum olmuşdu ki, kəndin və qonşu kəndlərin mağazalarındakı bütün araq ehtiyatı qurtarıb. Toyda normadan 3 dəfə artıq araq içilibmiş. Sonradan həmin günü xatırlayanlar deyirdilər ki, havadan idi, araq su kimi gedirdi.

Hazırda bəzi mömin dostlar isə deyirlər ki, bu cür normadan artıq yağışlar və onların fəsadları gözəgörünməzin həddini aşan insanlara qəzəbinin nəticəsidir. Ola bilər. Amma elə olsa, günahsız insanların qanının sel kimi axdığı ölkələr aramsız yağışlara, daşqınlara məruz qalmazdımı? Bu, ən azı o qanların yuyulub aparılması üçün zəruridir.

**

Dünya köhnə dünyadır, atmosfer çöküntülərinin normaları təzədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri