Icma.az
close
up
RU
Yağış onları sınağa çəkdi...

Yağış onları sınağa çəkdi...

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 16- da ölkə ərazisində qeyri- sabit  hava bir çox qurumları sınağa çəkdi. Xüsusilə də Bakıda. Məlum oldu ki, bəzi qurumlar yağıslı, küləkli və soyuq havaya hazır olsa da , bir neçə təşkilat qeyri - sabit havaya hazır deyilmiş.

Bakıda yağan leysan yağışları şəhəri iflic vəziyyətə salmışdı. Belə ki, bir çox yaşayiş sahələrini, evləri , həyətləri, körpüləri su basmış və yollar keçilməz olmuşdu. Ötən il iki nəfərin ölümü ilə nətiçələn  körpüdə aprelin 16- da vəziyyət çətinləşmişdi. Yəni yenə həmin körpü ağzına qədər suynan dolmuşdu.

Səhər saatlarında həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmıs, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları körpünün altındakı suyu yanğın söndürən maşinlar və  digər texnikalarla çəkməyə başlamışdılar. Birmənalı olaraq deyə bilərik ki, həmin gün Bakıda və regionlarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz vəzifə borclarını məsuliyyət, şərəflə yerinə yetirmiş, evlərini su basmış insanları ordan təhlükəsizl olaraq təxliyə eləmişlər. Bu köməyə görə çətin vəziyyətdə həyatları xilas edilmiş insanlar da məlum quruma öz minnətdarlıqlarını bildirirlər.

Bir sözlə, yağışlı və çətin hava şəraitində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyəti yüksək səviyyədə təşkil əhali tərəfindən yüksək qiymətləndirilib. Yəni xalq dilində  demiş olsaq onların işinə bir qırmızı " beş" düşür. Amma bu sözləri " Azərenerji" haqqında  demək olmaz .

Çünki qeyi- sabit və soyuq havada Yeni Günəşlinin" D" massivindəki " Azəristiliktəchizat" ın qazanxanasının işığı sönmüş və nəticədə sakinlər yeddi saat işıqsız və istiliksiz qalmışdı. Bəzi qurumlar yekə- yekə deyirlər ki, biz hər cür hava şəraitinə hazırıq. Amma bir balaca soyuqlar olur, onların iç üzü açılır və dedikləri sabun köpüyu kimi bir seymiş!!!

Emil Faiqoğlu   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri