Icma.az
close
up
RU
Yağış yığan magistrallar ... Azərbaycanda hələ ki, yağış sularının idarə edilməsi ilə bağlı hansısa addım atılmır

Yağış yığan magistrallar ... Azərbaycanda hələ ki, yağış sularının idarə edilməsi ilə bağlı hansısa addım atılmır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada bəzi avtomobil yolları artıq su mənbəyidir. Bu barədə Türkiyənin Medya TV saytı sosial şəbəkədə video paylaşıb. Beləliklə, "yağış yığan magistrallar" adlanan bu dahiyanə sistem xüsusi məsaməli asfaltın altına nəhəng filtr və anbar yerləşdirməyi nəzərdə tutur. Səthə düşən yağış suları bu sistemdə toplanaraq təmizlənir və suvarma parklarında və ya kənd təsərrüfatında istifadə üçün təkrar istifadəyə verilir.

Azərbaycanda bu sistem tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ekoloq Sadiq Həsənov bildirib ki, bu sistem bir çox inkişaf etmiş ölkələrdə var.

Sadiq Həsənov

“Almaniyada, Fransada, digər Avropa ölkələrində, hətta Seulda, Yaponiyada bu sistem bir müddətdir ki qurulub. Həm yağış sularını yollarda idarə edirlər, eyni zamanda yağış sularından səmərəli məqsəd üçün istifadə edirlər.

Qeyd edim ki, yağış suları içməli suyun tərkibində olan bir sudur. Yəni onun pH səviyyəsi 7-dən yuxarıdır. Bizim evlərdə içməli su kimi istifadə etdiyimiz suyun pH səviyyəsi 7-8 arasındadır. Yəni burda elə bir fərq yoxdur. Sadəcə yağan yağış atmosferi çirkləndirir və tökülür. Onu toplayıb filtrasiyadan keçirdib texniki məqsədlər üçün, hətta içməli su üçün də istifadə etmək olar. Amma içməli su üçün müəyyən dezinfeksiya işləri aparılmalıdır. Çünki havada xəstəliklər, mikroblar və bakteriyalar ola bilər. Bu mənada Almaniyada, digər Qərb ölkələrində bu sistem tətbiq olunub. Yollarda axın yaradırlar, xüsusi olaraq yolların altında boru xətləri quraşdırılır. Həmin axınla su boru xətlərinə axır və boru xətləri yekunda anbara toplanır və anbardan da istənilən sahəyə yönəltmək mümkündür.

Azərbaycanda hələ ki, yağış sularının idarə edilməsi ilə bağlı hər hansı addım atılmır. Düşünürəm ki, yaxın vaxtlarda hələ gözlənilmir. Çünki su ehtiyatlarımız əsasən Kür və Araz çayının üzərində yerləşib. Biz də suyu geninə-boluna istifadə etmişik. İsrafçılıq etməyə öyrənmişik. Yəni bizim yenidən o qənaətli sistemə, təbii mənbələrə, yağış suyuna, zaman-zaman ehtiyacımız olmayıb. Çətinliyimiz olsa da, buna meyl etməmişik.

Düşünürəm ki, bizim su ehtiyatlarımız get-gedə sürətlə azalır. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeanın rəsmi açıqlamasına görə 30 %-ə qədər suyun azalması baş verib. Bundan sonra da bu azalma davam edəcək. Çünki həm iqlimdə baş verən kəskin dəyişikliklər, su ehtiyatlarının azalması, qonşu ölkələrlə su idarə edilməsində hər hansı bir konvensiyada birlikdə əməkdaşlıq mümkün olmadığı bir təqdirdə, bizim su ehtiyatlarımızın azalması baş verəcək. Yəqin ki, yaxın illərdə məcbur olub yağış sularının idarə edilməsinə qayıdacağıq. Bu sistemin yollarda tətbiq etməsi ən asan üsullardan biridir və dövlət bu istiqamətdə müəyyən qədər investisiya qoymaqla, kifayət qədər su əldə edə bilər, həmçinin onu texniki məqsədlər və yaşıllaşdırma üçün istifadə edə bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri