Icma.az
close
up
RU
Yağışda küçələr iflic olmuş adama bənzədi, gözlər baxır, əl qol tərpənmir

Yağışda küçələr iflic olmuş adama bənzədi, gözlər baxır, əl qol tərpənmir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Əgər zamanında drenaj sistemi lazımi şəkildə qurulsaydı, indi biz bu problemləri yaşamazdıq. Baş verənlər illərin səhvləridir


Yağış paytaxtımızı şikəst etdi yenə. Sosial şəbəkələrdə yazılan statuslar, paylaşılan fotolardan görünür ki, Bakının bir çox ərazilərində dünən dəhşətli vəziyyət hökm sürüb. Feysbuk istifadəçisi Fəridə Aslanova Rüstəmova həm Zabrat körpüsü, həm də “Bağırov” körpüsündəki subasmanı əks etdirən fotolar paylaşıb və öz fikirlərini bu şəkildə ifadə edib: 

- Bakı şəhəri təkcə mərkəzi küçələrdən ibarət deyil. Mərkəzə gələn yolların hamısı tıxac, yollar bərbad! Küçələri sanki iflic olmuş adama bənzətdim, gözlər baxır, əl-qol tərpənmir. Eyni vəziyyət! Başqa cür düşünə bilmədim. Keçidlər, yollar dəniz olub ləpələnir. Cərimələr tətbiq etməklə deyil ee. Gərək tələblə təklif üst-üstə düşsün! Bu gün "Məmmədli" dəmir yolu vağzalında  qatarın gəlişində ləngimə müşahidə olundu. "Məmmədli" dəmir yol stansiyasının yanındakı keçidi də su basmışdı. Guya bunu da o gün təmizləmişdilər. Gördükləri iş bundan artıq deyil!  Sonradan eşitdim ki, Pirşağı tərəfdə işıqlar sönüb, ona görə qatar ləngiyir. Taksiyə mindim. O da “iməkləyə-iməkləyə” gəldi. Düz bir saatdan çox tıxacda qalmışam. Az qala ürəyim partlayırdı. İnanın, təkcə Savalandan "Koroğlu" metrosunun yanınacan 4 avtoqəza gördüm. Əsəblərim gərildi, özümü saxta gülüşlərlə gizlətməyə çalışdım ki, “başdanxarab” deməsinlər. Sonra "Qara Qarayev" metrosuna sarı gəldim, yol birtərəfli tıxac olsa da, birtəhər özümü yeraltı səltənətə atdım. Metro əvəzsiz nemətdir, qoruyaq! Yolboyu bir suala görə narahat oldum. Görəsən, bu gün sürücülərə gölməçəli küçə və prospektlərdə etdikləri xətalara görə cərimə tətbiq ediləcək? Maraqlı sualdır. Deyilmi? Əvvəl yolları düzəltsinlər, sonra müxtəlif qaydalar qoysunlar də! Bəlkə yalan deyirəm?”. 

Qeyd edək ki, dünənki yağıntılı havada “Bağırov” körpüsünü yenə də su basmışdı. Xatırladaq ki, ötən ilin oktyabrında intensiv yağıntılar zamanı körpünü su basmışdı, 2 nəfər əməkçi insan da həyatını itirmişdi. O zaman körpünün altının suyla necə dolduğunu müşahidə etmək üçün hadisə yerinə gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “öyrənəcəyik görək niyə belə vəziyyət yaranıb” deyərək vətəndaşları arxayın salmağa çalışdı. 6 ayda hələ də öyrənə bilmədilər səbəbi. Aprel gəldi, yağış yağdı, körpünü yenə su basdı. Sosial şəbəkələrdə isə körpünün təslimiyyət fotolarını paylaşanlar “Sovetlər dönəmində bundan artıq yağıntıların olmasına baxmayaraq, bir dəfə də olsun bu körpünün ətrafında, altında su dolduğunu kimsə görmədi. Çünki nəzarət var idi...” yazıblar. İndi baxış var, nəzarət də var - kimə harda nə inşa etməyə icazə verilsin, amma harda tikmək olar, tikinti olsa yol, səki, ümumən hərəkət, insanların yaşayışı hansı vəziyyətə düşəcək, bunu vecinə alan yoxdur. Yəni həqiqətən 21-ci əsrin Bakısında yağış suları ilə mübarizə aparmaq qeyri-mümkündür?   


Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəhərin yağış sularına təslim olmağının bir neçə səbəbi var: 

- Bakının relyefi dağlıq, enişli-çıxışlı olduğundan su kütləsi şəhərin aşağı hissələrinə doğru axır və orada toplanır. İntensiv yağışlar zamanı isə yağış suları həddindən artıq toplanır. Hətta adi mövsüm yağışları zamanı da yol-iz keçilməz olur. Demək, başqa problemlər daha güclüdür. Problem idarəetmədir. Böyük şəhərlərdə idarəetmə adətən şəhər təsərrüfatında, yerli bələdiyyələrdə olur. Belədə idarəetmədə koordinasiyaya nail olmaq da asandır. Məsələn, sovet illərində elektrik enerjisindən tutmuş, qaz, istilik, təhsil, səhiyyə, yol tikintisi, körpü, tunel... hamısı şəhər icraiyyə komitəsinin strukturlarına daxil idi. Hər sahə üzrə şöbə vardı. Sonra bu şöbələr hamısı ayrı-ayrı qurumlara, agentliklərə çevrildi, hamısı da özünün ağası oldu. İndi hər kəs özü bildiyi kimi işləyir. Bakı Şəhər İcra Hakimiyyəti də bəzən tenderlərdə iştirak edir. Amma deyək ki, hardasa bir yol və ya kanalizasiya xətti çəkilirsə, bunun BŞİH-yə aidiyyəti olmur. Belə şəraitdə Eldar Əzizov neyləyə bilər?! Şəhərin idarə edilməsi səlahiyyəti BŞİH-də deyil. Bəli, icra hakimiyyətləri vəzifələrini lazımi şəkildə yerinə yetirib, qüsurlar barədə xəbərdarlıq edə bilər, məlumat verə bilər. Amma yenə də işə müdaxilə etməyə səlahiyyətləri çatmayacaq. Əsas problemdən biri isə Bakı şəhərinin yeraltı drenaj sisteminin və şəhərin miqyasına uyğun kanalizasiya sisteminin olmamasındadır.  Sovet illərində, konkret 1970-ci illərdə, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Şərq Yeraltı Tikinti İdarəsi vardı. Bu idarə tərəfindən diametri 2,5 metr olan yeraltı tunel qazıntısına başlanmışdı. Bu tunel məhz yağış suları üçün nəzərdə tutulurdu və Azneft meydanından ta ki Zığa qədər uzanmalıydı. Tunel müəyyən qədər tikildi, sonra isə məlum səbəblərdən iş yarımçıq qaldı. O tunel tikintisini bərpa etmək və işə salmaq lazımdır. Mən Yasamal Rayon İcra Hakimiyyətində işlədiyim vaxt Bəsti Bağırova küçəsində su toplanırdı. Araşdırdıq, gördük ki, yeraltı drenaj sistemi yoxdur. Kanalizasiya başqadı, drenaj sistemi başqa. Kanalizasiya məişət tullantı suları üçündür, drenaj sistemi isə yağış və qrunt sularını axıtmaq üçündür. Açıq drenaj arxlarla, bayaq dediyim beton kanallarla qurulur, qapalı drenaj da yer altında çəkilən borularla. Bununla da, yerin üstündəki su yerin altı ilə axıdılır.   


S.Məmmədov bildirib ki, problem həm də şəhər kanalizasiya sisteminin yükgötürmə qabiliyyətinin aşağı olmasıdır: 

- Şəhər ötən hər gün böyüyür, amma kanalizasiya sistemi ötən əsr Bakısının ölçülərindədir. Şəhər tikilir, amma nə kanalizasiya sistemi yenilənir, nə də yağış sularının axıdılması üçün drenaj sistemi qurulur.  Hündürmərtəbəli, çoxmənzilli binalar ucaldılır, hamısı da köhnə kanalizasiya şəbəkəsinə qoşulur. Mən dünyanın, bəlkə də, 120-130 şəhərində olmuşam. Şəhərlər görmüşəm ki, yol və səki kənarları ilə yağış sularının axması üçün xüsusi dəliklər qoyulub, kanalcıqlar salınıb. Və yağış suları, təkcə yağış suları da yox, məsələn, küçələr yuyularkən axan su bu kanalcıqlar vasitəsilə yağış sularını daşımaq üçün tikilmiş vahid şəbəkəyə daşınır. Məsələn, Almatı da Bakı kimi amfiteatr relyeflidir. Orda səkilərin kənarında beton kanallar var. Bizdə necədi? Elə yollar, lap elə magistral  yollar var ki, bir dənə də yağış axarı qoyulmayıb. Bəs bu su hara axsın?!. 

S.Məmmədov qeyd etdi ki, yollarda yığılıb göllənən suları çəkib axıtmaq üçün güclü nasoslar olmalıdır. Bəlkə də var, amma tam gücü ilə işləmir: 

- Problem Bakının hidrogeoloji quruluşudur. Bakının yerin altından daim su çıxan hissələri var. Məsələn, metronun “28 May-Nizami” xətti tikilərkən yeraltı su səbəbindən işçilər çalışa bilmirdi. Suyu tuneldən çıxarmaq üçün güclü hava vurulurdu, hava suyun önünü kəsirdi, ancaq bundan sonra fəhlələr işləyə bilirdilər. “Elmlər Akademiyası-Nizami” xəttində 144 yerdən bənd vurulub, yeraltı çayların önünü kəsmək üçün. Yəni Bakı nəhəng tunel-tikinti işləri üçün çox çətin relyefdir, çətin də hidrogeoloji quruluşa malikdir. 

S.Məmmədov bildirdi ki, şəhərsalmada gələcəyə hesablanma mühüm məsələdir: 

- Şəhərsalmada 100-200 il sonra nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şəhər böyüyəcək, əhali sayı artacaq, idarə və müəssisələr çoxalacaq. Təəssüf ki, Bakının təxminən 90 faizi sökülüb yenidən tikilib, amma nə kanalizasiya sistemi yenidən qurulub, nə də drenaj sistemi. Qısası, şəhərin üstünü tikmişik, altını unutmuşuq. Əgər zamanında drenaj sistemi lazımi şəkildə qurulsaydı, indi biz bu problemləri yaşamazdıq. Baş verənlər illərin səhvləridir. Üst-üstə yığılıb, şəhəri su basması ilə nəticələnib. Məndən soruşursunuzsa, hesab edirəm ki, Bakı şəhərində dağ-mədən üsulu ilə kanalizasiya, drenaj sistemi tikilməlidir. Bunu etmirlər hələ də. Yağış bir az artıq yağan kimi şəhər təslim olur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Aprel 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri