Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Yalan deyirlər, biz ailə deyilik...

Yalan deyirlər, biz ailə deyilik...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Yolu “Qafqazinfo”dan keçən bütün əməkdaşlara həsr olunur...

“Xoşbəxt deyilsənsə, işə gəlmə”.

Yox, yox, bizə aid deyil. Çində bir şirkət işçilərə belə seçim imkanı yaradıb. Əgər özünü pis hiss edirsənsə, icazə almadan dincələ bilərsən.

Bir anlıq özümüzlə müqayisə edirəm. Belə şansımız olsa, necə olar? Kimlər işə gedər?

İllərdir iş yerində bir-birimizi “biz bir ailəyik” sözü ilə aldatdıq. Sonra gördük ki, ailə də artıq o deyil.

Sanki iş yeri əzab yerinə çevrilib. Heç kimin ağlına gəlmir ki, iş yerində xoşbəxt ola bilər, gülə bilər.

Yox, işçini sıxmaq lazımdır. Üzündən zəhrimar yağmalıdır. İşçi ilə nə qədər məsafə saxlasan, bir o qədər yaxşıdır. “Yerini bilsin”, “işçini boş buraxsan, pozular” və s.

Eyyy, pozulsun. Nə ola bilər ki?

Mən bu qəliblərə həmişə qarşı olmuşam.

“Qafqazinfo”nun baş redaktoru təyin olunanda direktorumuz Elbrus Ərud mənə bir neçə tövsiyə vermişdi:

“İşçiyə “necəsən?” sualı verəndə cavabdan qabaq gözlərindən vəziyyəti təxmin et və icazə ver, əməkdaşlar səni aldatsın”.

20-li yaşlarımızda başladığımız iş həyatı bizi çox dəyişdi.

Onda tək idik. Bizə qoyulan şərtlər, qadağalar da o qədər çətin gəlmirdi. Sonra 30-u keçirsən, bir gün uşaq bağçaya gedir. Sən icazə ala bilmədiyin üçün bayram tədbirinə getmirsən.

Görürsən şəkildə hamı gülür, o yox.

Hələ o şəkil sosial şəbəkədə yayılsa, hamı səni linç edər. “Məsuliyyətsiz valideyn uşağı özəl günündə tək buraxıb”, - deyib dərs keçməyə çalışacaqlar.

Real vəziyyət isə çox fərqlidir. İşə geciksən, aylıq maaşından çıxıla bilər. Çox icazə alsan, işdən qovula bilərsən.

Belə baxanda, o şəkildəki real vəziyyət heç kimə lazım deyil və rəhbərlər qəbul etmək istəmir ki, işçinin şəxsi həyatında baş verən bütün hadisələr işə birbaşa təsir edir...

***
Bir gün əməkdaşımız ailə üzvünü faciəvi şəkildə itirmişdi.

Üç gün sonra mənə hər gün yazırdı:

“Olar, bir gün də anamla bacımın yanında qalım?”

Mən də “Əlbəttə” dedim.

Eyni zamanda çox narahat olurdum. Axı bu boyda faciənin içində “görəsən, işdə problem olar?” sualı onu düşündürməməlidir.

Biz elə şərait yaratmalıyıq ki, təkcə gözəl gündə deyil, ağır hadisədə də bir-birimizin yanında olduğumuzu hiss edək. Komandanın böyüklüyü bu olmalıdır.

Biri olmayanda, digəri onu kompensasiya edə bilməli.
***
Redaktor mənə müxbirin anasının vəziyyətinin ağır olduğunu, onu xəstəxanaya aparmaq istədiyini, amma keçən həftə icazə aldığı üçün bu dəfə mənə yazmağa utandığını bildirir.

Mən də düşünmədən, “o nə söz, tez aparsın” deyirəm.

Sonra əməkdaşımız barədə düşünürəm.

Deməli, münasibətlərimiz o qədər də sağlam deyil. Əgər anasını xəstəxanaya aparmaq üçün icazə ala bilmirsə...

Nə yaxşı ki, zaman yanıldığımı göstərdi. Həmin əməkdaş və digərləri əmindir ki, mövzu anaların səhhətidirsə, birmənalı şəkildə icazə verəcəyik. O, sadəcə yaradılan şəraitdən sui-istifadə etmək istəmir.

***
Xüsusi günlərdə iş çox olduğu üçün icazə almaq və məzuniyyətə çıxmaq çətinləşir.

Onlardan biri də Bilik günü və “Son zəng”dir.

Bəy əməkdaşlarımızdan biri oğlunun birinci sinfi bitirdiyini və “Son zəng” ərəfəsində məzuniyyət götürmək istədiyini deyir.

Əslində, yox deməliyəm. Amma qaydaları pozub “hə” deyirəm və sevinirəm ki, artıq valideyn iclaslarına, “Bilik günü” və “Son zəng”ə gedən atalarımız var.

Sonra məlum oldu ki, həmin əməkdaşdan ilhamlanan başqa atalar da övladlarının məzun gününə qatılıb.

***
Bir əməkdaşımız da var.

Ölkənin ən sensasiyalı həbs xəbərləri ona məxsusdur. Kimi tuturlarsa, birinci o bilir. 

Amma ofisdə işləməyi heç sevmir. Şənbə və bayram günlərində növbəli rejim olduğu üçün bu da bəzən başqa əməkdaşlarda narahatlığa səbəb olur.

Və mən başa düşdüm ki, bütün işçilər eyni olmur. Hamısına eyni münasibət göstərmək bərabərlik olsa da, ədalətli deyil.

O, çöldə komandamıza daha çox fayda verir və işini görürsə, onu məhdudlaşdırmaq lazım deyil. Əvəzində “yaxşı “free time” işin var, bizi də düzəlt” zarafatı etmək olar.

***

Yazmaq istədiyim çox hadisə var. Amma məni hekayələrdən çox, çıxardığım nəticə, öyrəndiklərim maraqlandırır.

Bəzən həmkarlarımız soruşur: “Necə olur ki, əməkdaşlarınız şəkildə həmişə gülür? Saxtadır, yoxsa real?”

Mən o gülüşün saxta və ya real olduğunu əminliklə deyə bilmərəm.

Amma bir şeyə əminəm. Əməkdaşlara həm işləmək üçün şərait yaradırıq, həm də gülmək üçün. Elə ofisi gözəlləşdirən onların gülüşüdür.

İllər əvvəl komandamıza yeni qoşulan bir əməkdaş anası ilə birgə qətlə yetirildi, özü də atası tərəfindən. Çox məyus olduq, bəlkə, dərdini danışsaydı, onu xilas edə bilərdik. Bir-birimizi tanımırdıq. O gündən Elbrus Ərud bütün əməkdaşlara  - yenisi, köhnəsi fərq etmir - başımıza nə gəlsə, birinci onunla bölüşməyi tapşırdı...

Bəli, biz ailə deyilik. Çünki ailəmizi seçə bilmirik. İş yoldaşını isə seçmə şansımız var.

Şansınız həmişə gözəl olsun...

Günel Əbilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri