Icma.az
close
up
RU
“Yalançının balası ölsün” dedi, mən də döydüm Kafedəki davanın təfərrüatı

“Yalançının balası ölsün” dedi, mən də döydüm Kafedəki davanın təfərrüatı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göygöl rayonunda 1983-cü il təvəllüdlü Mübariz avtovağzal ərazisində kafe işlədən Nisə (adlar şərtidir – red.) adlı qadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mübariz Göygöl şəhəri ərazisində yerləşən avtovağzalın ərazisində olan Nisənin işlətdiyi kafeyə müştəri qismində gəlib. Mübariz pivə içib, masadan qalxaraq getmək istəyərkən Nisə ona pul ödəməli olmasını dediyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, əli ilə qadının sifət nahiyyəsinə zərbə vurub. 
Mübarizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mübariz üzrə özünü ona elan olunmuş Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilməyib. O bildirib ki, özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib. 
Mübariz qeyd edib ki, məlum hadisə günü, saat təxminən 18-19 radələrində tanışı Sərdar ilə birlikdə Göygöl şəhəri, Avtovağzalının ərazisində yerləşən Nisənin işlətdiyi kafedə pivə içiblər: “Orada olduğumuz vaxt digər tanışımız Əli gəldi və mənə “Mübariz, şotunuz çatıb, narahat olma” deyə bildirdi. Bundan sonra ona təşəkkürümü bildirdim. Bir qədər sonra getmək istədikdə Nisə yanıma gəldi və məndən hesabı ödəməyimi istədi. Mən də “Ay Nisə, Əli hesabı verib də” deyə bildirdim. Lakin Nisə Əlinin ancaq öz hesabını ödəməsini bildirdi. Mən isə onun yalan danışmasını dedim. Nisə “yalançının balası ölsün” deyə cavab verdi. Uşaqlarımdan biri 1-ci qrup əlil olması səbəbindən Nisənin belə deməsi mənə pis təsir etdi. Əsəbləşərək əlim ilə onun sifətindən bir dəfə vurdum və 5 manatı verərək kafedən getdim”.
Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirib ki, onlar Nisənin işlətdiyi kafeyə gedən zaman, kafenin çölündə əyləşərək üç-dörd bakal pivə içiblər və əlavə bir çaynik çay sifariş ediblər: “Bizim özümüzə etdiyimiz sifarişin hesabı ümumilikdə 5-6 manat olub. Mən Nisəni uzun müddətdir ki, tanıyıram və mütəmadi olaraq onun işlətdiyi kafeyə gedirəm. Onun işlətdiyi kafeyə getdiyim müddət ərzində heç vaxt hesabda bizi aldatmayıb. Bizim aramızda yaranan mübahisə anlaşılmazlığa görə baş verib. Nisə mənə “yalançının balası ölsün” deyəndən sonra onun sifətindən bir dəfə vurmuşam, “mənə bala qarğışı etmə” demişəm. Nisənin sifətindən vurandan sonra onun qolunu tutub-tatmadığımı xatırlamıram. Hadisə baş verdikdən sonra evimə getmişəm”.
İş üzrə zərərçəkmiş Nisənin sözlərinə görə, Göygöl şəhəri avtovağzalının ərazisində kafe işlədir: “Hadisə günü təxminən saat 18 radələrində Mübariz həmin kafedə dostu Sərdar adlı şəxslə birlikdə əyləşib pivə içdi. Həmin vaxt kafeyə adını bilmədiyim bir nəfər şəxs gəldi. Həmin şəxs kafedə olan zaman mənə yaxınlaşdı,  Mübarizin hesabını özünün ödəyəcəyini bildirdi. Onlara 10 bakal da pivə verməyimi tapşırdı. Bundan sonra mən də həmin şəxsin dediyi kimi Mübarizgilə pivə verdim. Bir qədər sonra həmin şəxs gedərkən hesabı istədi. Mən isə həmin şəxsə hesabın 11 və ya 12 manat olmasını bildirdim. Belə olduqda həmin şəxs etiraz edərək hesabın çox olmasını bildirdi. Mən isə həmin şəxsə Mübarizgilin də hesabını əlavə etməyimi bildirdim. Həmin şəxs razılaşmayaraq ancaq öz hesabını, verdiyi sifarişi ödəyəcəyini bildirdi. Həmin şəxsin pulunu hesablayaraq 8 manat olmasını bildirdim. Bundan sonra həmin şəxs 8 manat ödəyərək getdi”.
Nisə qeyd edib ki, daha sonra Mübariz getməyə hazırlaşan zaman ona 4 manat pul ödəməli olmasını bildirib: “Mübariz isə cavabında bayaqkı şəxsin hesabı ödəməsini bildirdi. Mən isə həmin şəxsin ancaq öz hesabını ödəməsini bildirdim. Bu zaman Mübariz yenə getməyə başladı. Mən isə içkili olduğu üçün ona baş qoşmadım, ona sabah gəlməsini bildirdim. Mübariz isə əl çəkməyərək yanıma gəldi, dayanmadan “hesabı veriblər, sən məndən artıq 3 manat istəyirsən” deyə söylədi. Mən də ona “yalandan danışanın Allah balasını öldürsün” deyə cavab verdim. Bu zaman Mübariz əli ilə sifətimdən bir dəfə vurdu. Zərbənin təsirindən özümü itirdim və dodağım şişdi. Mübariz məni vurandan sonra onun qolumdan tutdu və sıxdı. Kafedə olan müştərilər gələrək Mübarizi aralayaraq apardılar”. 
Şahid qismində dindirilən Əli ifadəsində Mübarizgilin hesabını ödədiyini deyib. Onun sözlərinə görə, kafedə ayrı masada əyləşib və çay içib, gedən zaman isə Mübarizgilin də hesabı olmaqla 18 manat ödəniş edib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Mübariz aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri