Icma.az
close
up
RU
Yalçın Rəfiyev: COP29da qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onilliyinə istiqamət verəcək

Yalçın Rəfiyev: COP29da qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onilliyinə istiqamət verəcək

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onilliyinə istiqamət verəcək.

Bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev nazirlərin mətbuat konfransında deyib.

“Biz Avstraliyanın Valtham Zərərlər Fondu üçün 32,5 milyon ABŞ dolları məbləğində töhfəsini yüksək qiymətləndiririk. Eyni zamanda, ABŞ-ın Koreya Texnologiya Fonduna 325 milyon ABŞ dolları məbləğində dəstək vermək qərarı əhəmiyyətli addımdır. İşlərimizi sürətləndirərkən bu cür müsbət dinamikanın qorunması vacibdir. Dünən G20 zirvəsində Braziliya prezidenti Lula da Silva Bakıya qədər olan bütün mandatların yerinə yetirilməsinin əhəmiyyətini vurğuladı. Prezident Lula da Silvanın davamlı dəstəyinə və "Troyka" tərəfdaşlığına görə təşəkkür edirik. Onun ‘bugünkü işləri sabaha saxlamaq olmaz’ mesajı isə bizim üçün önəmlidir,” - deyə Y. Rəfiyev bildirib.

Baş danışıqçı, COP29 Prezidentliyin NCQG (Yeni Kollektiv Kəmiyyət Məqsədi) və digər mühüm mandatlarla bağlı gördüyü işlərə də toxunub:
“Prezidentlik, tərəflərin həm siyasi, həm də texniki baxımdan irəliləyiş əldə etməsi üçün çoxsaylı toplantılar təşkil edib. NCQG, Paris Sazişinin 6-cı Maddə və digər mandatlarla bağlı texniki görüşlər və qeyri-rəsmi nazirlər arasında müzakirələr keçirilib. Bu prosesdə müxtəlif fikirləri birləşdirərək tərəflərə ortaq nöqtələr tapmağa kömək etmək üçün çalışmışıq. Tərəflərin razılığa gəlmək istəyini görmək bizi ruhlandırır, lakin indi ən çətin mərhələ qarşıdadır”.

Y. Rəfiyev vurğulayıb ki, COP29 çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri Prezidentlik mətnlərinin hazırlanmasıdır: “Bu mətnlərə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Ədalətli Keçid İş Proqramı, Azaldıcı Tədbirlər İş Proqramı, Qlobal Uyğunlaşma Məqsədi və BƏƏ Dialoqu daxildir. Mətnlərin gecə yarısı yayımlanması planlaşdırılır və sabah əlavə bir mətn təqdim ediləcək. Bu sənədlər bütün tərəflərin narahatlıqlarını nəzərə alan bir paket şəklində hazırlanır. Lakin bu mətnlər hələlik son deyil və müzakirələr üçün açıqdır”.

Baş danışıqçı, Bakıda qəbul ediləcək qərarların Paris Razılaşması üçün strateji əhəmiyyətini vurğulayıb: “Bizim dəqiq və güclü bir planımız var. Layihə mətnləri vasitəsilə mühüm irəliləyişlərə nail olmağı hədəfləyirik. Bütün tərəflərlə məhsuldar müzakirələrə ümid edirik.

Bu qərarlar, Paris Razılaşmasının ikinci onillik strategiyasının formalaşmasında mühüm rol oynayacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 20 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see126

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see125

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see124

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see124

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see119

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see118

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see118

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see117

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see117

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see115

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see115

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see114

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see114

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see112

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri