Icma.az
close
up
RU
BMT: Üç illik danışıqlardan sonra ölkələr pandemiyalar haqqında tarixi saziş imzalayıblar

BMT: Üç illik danışıqlardan sonra ölkələr pandemiyalar haqqında tarixi saziş imzalayıblar

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Cenevrədə ölkələr beynəlxalq ictimaiyyətin pandemiyalara hazırlığın artırılmasına yönəlmiş qlobal saziş layihəsi üzərində işi yekunlaşdırıblar. Sənəd qəbul olunmaq üçün mayda Ümumdünya Səhiyyə Assambleyasına təqdim olunacaq.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında üç ildən artıq davam edən danışıqların yekunu üzrə hazırlanmış saziş səhiyyə sahəsində gələcək qlobal təhdidlər qarşısında beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çərçivələri müəyyən edir.

“Cenevrədə dünya ölkələri tarix yazırdı. Pandemiya haqqında Saziş üzrə konsensusa nail olmaqla, onlar sadəcə dünyanı daha təhlükəsiz etmək üçün nəsillərarası saziş imzalamadılar. Onlar həmçinin nümayiş etdirdilər ki, çoxtərəflilik canlı və sağlamdır və bizim parçalanmış dünyamızda ölkələr hələ də ümumi zəmin tapmaq və ortaq təhdidlərə ortaq cavab vermək üçün birlikdə işləyə bilər”, - deyə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Qeyd edək ki, danışıqlar 2021-ci ilin dekabrında, COVID-19 pandemiyasının qızğın çağında, ÜST-ə üzv dövlətlərin mümkün qədər tez vaxtda hüquqi qüvvəyə malik beynəlxalq alətin yaradılması zərurəti barədə razılığa gəldiyi və Hökumətlərarası Danışıqlar Orqanını (HDO) formalaşdırdığı vaxt başlayıb.

13 rəsmi raunddan sonra danışıqlar prosesi 2025-ci il aprelin 16-da konsensusla başa çatıb.

Təklif olunan sazişin əsas elementlərinə pandemiyaların qarşısının alınmasında “Vahid sağlamlıq” konsepsiyasına sadiqlik (bu sahələrin inteqrasiya yolu ilə insan, heyvan və ekosistemlərin sağlamlığının optimallaşdırılmasına yanaşma), milli səhiyyə sistemlərinin gücləndirilməsi, səhiyyə sahəsində fövqəladə hallar üçün əlaqələndirici maliyyə mexanizminin və qlobal təchizat zənciri və logistika şəbəkəsinin yaradılması daxildir. Müqavilə layihəsində, həmçinin patogenlərin idarə edilməsi, texnologiya və bilik ötürülməsinin dəstəklənməsi, ölkələr üçün təlim və potensialın artırılması üçün yeni sistem təklif edilir.

Mətndə daha sonra dövlətlərin ictimai səhiyyə ilə bağlı qərarlarda milli suverenliyi bir daha təsdiq edilir. Burada açıq şəkildə göstərilir ki, sazişdə heç nə ÜST-ə karantinin tətbiq edilməsi, peyvənd kampaniyalarının və ya sərhədlərin bağlanması kimi ictimai səhiyyə sahəsində tədbirlər görmək səlahiyyəti vermir.

İndi layihə mayın 19-da başlamalı olan BMT-nin qlobal səhiyyə məsələləri üzrə ən yüksək forumu olan 78-ci Ümumdünya Səhiyyə Assambleyasına təqdim ediləcək. Qəbul olunduğu təqdirdə, sənəd ayrı-ayrı ölkələr tərəfindən ratifikasiya olunacaq.

Mətbuatın məlumatına görə, ABŞ danışıqların final raundunda iştirak etməyib. Yanvar ayında Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını və yeni paktla bağlı olmayacağını açıqladı.

“Bu nailiyyət sadəcə diplomatik uğur deyil. Bu, sizin möhkəmliyinizi, birliyinizi və bütün dünyada insanların sağlamlığı və rifahı naminə sarsılmaz sadiqliyi əks etdirir”, - deyə ÜST-ün Baş direktoru görüşün sonunda çıxış edərək bildirib.

Cənubi Afrikanın Hökumətlərarası Danışıqlar orqanının həmsədri Preşes Matsoso nəticəni səhiyyə sahəsində ədalət nöqteyi-nəzərindən irəliləyiş adlandırıb.

“Danışıqlar çətin idi və uzun sürdü. Lakin bu möhtəşəm səylər hamı tərəfdən virusların sərhəd tanımadığını, hamı təhlükəsiz olmayana qədər heç kimin pandemiyadan sığorta olunmadığını anlaması ilə dəstəklənirdi”, - deyə o bildirib.

Razılaşma qlobal səhiyyə sistemlərində zəiflikləri və diaqnostika, müalicə və peyvəndlərə çıxışda açıq-aşkar bərabərsizlikləri üzə çıxaran COVID-19 pandemiyasına cavab oldu. Virus bütün dünyada təxminən yeddi milyon insanın həyatına son qoydu, iqtisadiyyatlara ciddi ziyan vurdu və bütün dünyada səhiyyə xidmətlərinə böyük bir problem yaratdı.

Eyni zamanda, pandemiya tarixdə ən böyük peyvənd kampaniyasına səbəb oldu: 2023-cü ilin aprel ayına qədər bütün dünyada 13,3 milyard dozadan çox peyvənd vuruldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 03:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri