Icma.az
close
up
RU
Yalnız bir boşluq verdilər ki, Hayduk da bundan istifadə etdi Samir Əliyev

Yalnız bir boşluq verdilər ki, Hayduk da bundan istifadə etdi Samir Əliyev

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Hayduk"u qəbul edən "Zirə" 1:1 hesablı heç-heçə ilə yadda qaldı. Azərbaycan millisinin sabiq hücumçusu, son olaraq ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırmış məşqçi Samir Əliyevlə əlaqə saxlayaraq "Neftçi Arena"da reallaşan görüşü dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk hissədə temp o qədər də yüksək deyildi. Ola bilsin ki, hava isti idi və ya hər iki tərəf ehtiyatlı oynamağa çalışırdı. Bu səbəbdən qol vəziyyətləri baxımından kasad ilk yarı izlədik. "Zirə" İssa Cibrillanın fərdi keyfiyyəti hesabına cinahdan sürətli hücum təşkil etdi və istədiyi qolu vurdu. Rəqibin ikinci yarıda tempi artıracağı, cavab qolunu vurmağa çalışacağı gözlənilən idi. Belə də oldu. "Hayduk" fasilədən sonra daha sürətli oynamağa başladı. Rəqib bilirdi ki, "Zirə" kompakt futbola üstünlük verir. Bu səbəbdən təmsilçimizi irəli çəkmək, boşluqlardan faydalanmaq istəyirdilər, amma "Zirə" həqiqətən çox intzamlı oynadı. Yalnız bir boşluq verdilər ki, "Hayduk" da bundan istifadə etdi. Onu da nəzərə alaq ki, çempionatda ikinci yeri tutan "Zirə"də Rafael Utsiq, Salifu Suma kimi bacarıqlı, sürətli cinah hücumçuları var idi. Bu yay komandanı tərk edən Sumanın driblinq məharəti, məlum səbəbdən əvəzedici heyətə göndərilən Utsiqin kreativliyi bəlli məqamlardır. Onlar oynasaydılar, yəqin ki, Azərbaycan təmsilçisi daha çox şey edə bilərdi. Onların meydanda olmamaları sezilirdi. Ön xətdə daha çox Junior Martins hərəkətliliyi ilə seçilir, tez-tez hadisələrin inkişaf mərkəzində olurdu. Əlbəttə, "Hayduk" sıradan rəqib deyil. Xorvatiyanın iki ən güclü klubundan biridir. Son mövsümdə Zaqreb "Dinamo"sundan 2 xal geri qalaraq çempionluğu əldən veriblər. 

Birinci matçda hər iki komanda bir-birini yaxından tanıdı. Əlbəttə, səfərdə "Zirə"nin işi çətin olacaq. Yeni transfer Brahim Konatenin zədələnməsi də heç yerinə düşmədi. "Hayduk" öz meydanında böyük azarkeş dəstəyi fonunda mübarizə aparacaq. Əlbəttə, güclü rəqib üzərində qələbə qazanmaq mümkün olsaydı, təmsilçimiz səfərə daha rahat yollanardı. Təəssüf ki, qələbə qazanmaq alınmadı, amma indi də hər şey bitməyib. "Zirə" etibarlı futbol sərgiləyən, oyun intizamı olan kollektivdir. Mümkünsüz heç nə yoxdur".

Nihat 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri