Icma.az
close
up
RU
Yalnız İlham Əliyev bacardı...

Yalnız İlham Əliyev bacardı...

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Dünənin "münaqişə ocağı"nda bu gün "sülh" bəyanatı səslənir

8 avqust 2025-ci il Cənubi Qafqazın münaqişə və toqquşmalardan xilas olub yeni dövrə qədəm qoyması baxımından silinməz tarix kimi yaddaşlara yazıldı. ABŞ Prezidednti Donald Trampın birbaşa təşəbbüsü ilə Ağ Evdə keçirilən tarixi görüş və imzalanan sənədlər təkcə Cənubu Qafqaz üçün deyil, bütün dünya üçün yeni səhifə açdı. Tarix göstərir ki, ABŞ, bəzi qısamüddətli istisnaları çıxmaq şərtilə, demək olar ki, bütün dövrlərdə dünyada müxtəlif münaqişələrin və inqilabların başlıca aktoru kimi tanınıb. Qərb dəyərlərinin “ixracı” adı altında müxtəlif demokratiya institutları vasitəsilə inqilablar hazırlamaq, regionlarda süni qarşıdurma yaratmaq bu siyasətin əsas dayaqları olub. Lakin ABŞ-ın indiki rəhbərliyi, xüsusilə Prezident Donald Tramp, həmin institutların yalançı fəaliyyətini ifşa edərək, qlobal siyasətdə yeni münasibətlər sisteminin bünövrəsini qoydu: barış və iqtisadiyyat.

Bu gün Vaşinqtonun prioritet hədəfi davam edən münaqişələrin sülh yolu ilə həllinə nail olmaqdır. Bir vaxtlar “münaqişə ocağı” kimi tanınan güc mərkəzi, indi sülhün təşəbbüskarı rolunu oynayır. Dünyanın düzəni dəyişir, güc mərkəzləri yerini yeni aktorlara verir. Bu dəyişikliklərin fonunda Azərbaycan lideri İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri yeni tarixin başlanğıcı, yeni mərhələyə keçiddir.

Strateji müttəfiqlik və Qərbə mesaj

Prezidentin səfərinin gündəliyini iki əsas istiqamətdə qiymətləndirmək olar. Birincisi, Azərbaycan–ABŞ ikitərəfli əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi və əməkdaşlıq formatının yaranması.

İkincisi, Azərbaycan-Ermənistan münasibətlırinin nizamlanması, sülh danışıqlarının pik nöqtəsi və illərlə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan Qərbə açıq mesaj. Bu həm də illərlə Qafqazda münaqişələri uzadaraq “hakimlik” etmək istəyən dairələrə qarşı kəskin xəbərdarlıqdır.

Tarixin zibilliyinə tullanan ATƏT- in Minsk Qrupu

Uzun illər boyu ATƏT-in Minsk Qrupu vasitəsilə Qarabağ məsələsini həll etmək adı altında prosesin uzadılması, faktiki olaraq anti-Azərbaycan fəaliyyət göstərilməsi hər kəsə məlumdur. Təsəvvür etmək çətindir ki, bu gün həmin qurumun həmsədrlərindən biri olan ABŞ-ın ev sahibliyi etdiyi görüşdə, Prezident İlham Əliyev, Prezident Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Minsk Qrupunun yarıtmazlığını açıq şəkildə müzakirə edərək onun tarixi iflasını təsdiqləyirlər. Bu, İlham Əliyevin böyük strateq, siyasətdə ustad olduğunu bir daha sübutudur. Bu xarizmatik liderə məxsus ən böyük xarakter və bacarıqdır. Yaranmış siyasi vəziyyəti zamanında dəqiq qiymətləndirmək və rəqibə sarsıdıcı zərbə vurmaq yalnız dahi şəxsiyyətlərə məxsusdur.

Sülh gündəliyi və Zəngəzura gedən yol

Görüşün əsas mövzularından biri Azərbaycan–Ermənistan sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistanın təxminən 5 ilə yaxın müddətdə “Sülh kəsişməsi” adlı utopik layihə ilə vaxtı uzatmaq cəhdlərinə baxmayaraq, Azərbaycan öz böyük strateji məqsədlərindən birinə nail olur.

Bu gün Vaşinqtonda müzakirə edilən “Tramp yolu” adı altında təqdim olunan layihənin mahiyyəti hər kəsə bəllidir. Söhbət Zəngəzur dəhlizindən gedir. İlham Əliyev ilk gündən milli maraqlara söykənən şərtlərə, maneəsiz keçid prinsipində israr edərək buna nail olub. Artıq bu dəhlizin idarəetmə mexanizmi ABŞ-ın nəzarətində olacaq. Bu isə o deməkdir ki, Rusiya, Avropa və İran molla rejimi bundan sonra Qafqazdakı “qırmızı xətləri” Vaşinqtonla müzakirə etməli olacaq.

Zəngəzura və Qərbi Azərbaycana ləyaqətli dönüşün başlanğıcı

Prezident İlham Əliyevin “Biz Qərbi Azərbaycana ləyaqətli şəkildə dönəcəyik” bəyanatı strateji reallığa çevrilməkdədir. Zəngəzur dəhlizinin açılması, faktiki olaraq, bu qayıdışın infrastruktur zəminini yaradır. Azərbaycan xalqı tarixi torpaqlarına gedən yolda daha bir mühüm mərhələni geridə qoyur. Bu ata-baba yurdumuza ləyaqətli qayıdışdır.

Regional münasibətlər sistemində yeni formatlar

ABŞ-ın Cənubi Qafqazda mövcudluğu artıq ənənəvi baxışlardan uzaqlaşıb. Burada yalnız hərbi-siyasi deyil, iqtisadi və infrastruktur yönümlü əməkdaşlıq modelləri önə çıxır. Regional münasibətlər sistemində yeni formatların yaranması, çağırışların dəyişməsi Azərbaycan diplomatiyasının uğurlu strategiyasının nəticəsidir. Məhz İlham Əliyevin istəyi ilə ABŞ Azərbaycan – Ermənistan sülh prosesində fəal iştirakçıya çevrilib.

Vaşinqton görüşü təkcə bir diplomatik hadisə deyil, həm də regionda güc balansının yenidən formalaşmasının göstəricisidir. Qafqazda uzunmüddətli sülhün təmin olunması, Zəngəzur dəhlizinin reallaşması və Qərbi Azərbaycana dönüşün başlanması istiqamətində tarixi addım atılıb.

Bu gün imzalanan sənədlərin və aparılan müzakirələrin nəticəsi olaraq Cənubi Qafqazda sülh və inkişaf dövrünün qapıları açılır. Azərbaycan liderinin iradəsi, diplomatiyası və milli maraqlara söykənən siyasəti bu prosesdə ən güclü təminatdır.

907-ci düzəliş tarixə gömüldü...

Ağ Evdə dünən keçirilən o tarixi görüşün əsas nəticələrindən biri də Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da böyük əhəmiyyət kəsb edir. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünki vaxtilə ABŞ-dan dövlət yardımının göstərilməsi ümumiyyətlə qadağan edilmişdi. O vaxtkı ABŞ hakimiyyəti - Bayden, Blinkin administrasiyası Əfqanıstan əməliyyatları başa çatandan sonra dərhal 907-ci düzəlişi tətbiqini davam etdirdi. Bəli, dövlət başçılarının dünənki görüşü çərçivəsində Azərbaycana qarşı ədalətsiz bir sənədin tətbiqinin dayandırılması da ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. Beləliklə ABŞ-Azərbaycan münasibətləri üçün yeni dövr başlayır. Strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dinamik inkişaf!

Bəhruz Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1408

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see701

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see545

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see534

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see457

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see435

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see365

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see295

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see294

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see285

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see266

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri