Icma.az
close
up
RU
Yalnız Kanada ilə İsveç xal itirməyib

Yalnız Kanada ilə İsveç xal itirməyib

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 9-da İsveçlə Danimarkanın şərikli təşkil etdiyi hokkey üzrə dünya çempionatı start götürdü.
Mundialla bağlı ən maraqlı xəbərləri nəzərinizə çatdırırıq. Daimi favoritlərdən Kanada yığması turnirə yetərincə güclü heyətlə qatılıb. “Pittsburq”un forvardı Sidni Krosbi DÇ-2015-dən bəri ilk dəfə “ağcaqayın yarpaqları”nın şərəfini qoruyur. 37 yaşlı hücumçu iki dəfə olimpiya çempionu olub, elə DÇ-2015-in də qalibidi.
“Minnesota”nın qapıçısı, artıq peşəkar karyerasını bitirdiyini elan edən Mark-Andre Fleri də yığmadan gələn dəvəti qəbul edib. Fleri milli komanda ilə 2010-da olimpiya çempionu olsa da, yığma forması geyməmişdi. Bu mənada DÇ 30 yaşlı qapıçı üçün debüt turniridi. Kanadanın Latviyanı darmadağın etdiyi oyunda Fleri buz üzərinə çıxıb.
Mayın 10-da keçirilən Almaniya – Macarıstan oyunu ikincilərin hücumçusu Doman Sonqot üçün əlamətdar olub. Sonqot son 76 ildə DÇ-də oynamaq imkanı qazanan ən gənc hokkeyçidi. O, 16 yaş 11 ay 2 günlüyündə buz üzərinə çıxıb. Bu göstəricidə rekord 1949-cu ildə 16 yaş 6 ay 29 günlüyündə DÇ-də debüt imkanı qazanan Norveç yığmasının hücumçusu Leyf Sulheymə məxsusdu.
Turnir ətrafında yaşanan başqa maraqlı hadisələr də var. Açılış günündə keçirilən Danimarka – ABŞ oyununa siyasət də qarışıb. Herninqdə keçirilən oyunu izləyən azarkeşlər ABŞ himnini fitə basıb. Həm də təkcə himn səslənərkən yox, amerikalı hokkeyçilər buz üzərinə çıxarkən və stadionda onların soyadı səslənərkən də. Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti seçiləndən bəri dəfələrlə Danimarka Krallığının bir hissəsi olan Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusu ilə çıxış edib. Odu ki, yerli azarkeşlərin davranışı anlaşılandı.
Herninqdə keçirilən daha bir oyunda maraqlı hadisə baş verib. Belə ki, buzun sınması üzündən Norveç – Almaniya oyununda 20 dəqiqəlik fasilə yaranıb. İlk periodun sonunda yaranan problem aradan qaldırılandan sonra oyun canlanıb.
A qrupu
Avstriya – Finlandiya 1:2 (1:2, 0:0, 0:0)
İsveç – Slovakiya 5:0 (3:0, 1:0, 1:0)
Sloveniya – Kanada 0:4 (0:1, 0:3, 0:0)
İsveç – Avstriya 4:2 (0:0, 1:1, 3:1)
Fransa – Latviya 1:4 (1:0, 0:1, 0:3)
Slovakiya – Sloveniya 3:1 (2:0, 1:0, 0:1)
Latviya – Kanada 1:7 (1:2, 0:3, 0:2)
Finlandiya – Fransa 4:3 ОТ (0:0, 1:1, 2:2, 1:0)
Avstriya – Slovakiya 3:2 Б (2:0, 0:1, 0:1, 0:0, 1:0)
Finlandiya – İsveç 1:2 (0:1, 0:1, 1:0)
Sloveniya – Latviya 2:5 (0:0, 2:4, 0:1)
Kanada – Fransa 5:0 (2:0, 1:0, 2:0)
Slovakiya – Fransa 2:1 (0:0, 1:1, 1:0)
Latviya – İsveç 0:6 (0:0, 0:2, 0:4)
Finlandiya – Sloveniya 9:1 (3:0, 4:1, 2:0)
Kanada – Avstriya 5:1 (0:1, 2:0, 3:0)
Avstriya – Fransa 5:2 (3:0, 0:0, 2:2)
İsveç – Sloveniya 4:0 (0:0, 2:0, 2:0)
1 2 3 4 5 6 7
1. İsveç 5 4 0 0 0 21-3 15
2. Kanada 4 4 0 0 0 21-2 12
3. Finlandiya 4 2 1 0 1 16-7 8
4. Slovakiya 4 2 0 1 1 7-10 7
5. Latviya 4 2 0 0 2 10-16 6
6. Avstriya 5 1 1 0 3 12-15 5
7. Fransa 5 0 0 1 4 7-20 1
8. Sloveniya 5 0 0 0 5 4-25 0
B qrupu
İsveçrə - Çexiya 4:5 ОТ (2:1, 0:2, 2:1, 0:1)
Danimarka – ABŞ 0:5 (0:1, 0:2, 0:2)
Norveç – Qazaxıstan 1:2 (1:0, 0:1, 0:1)
Almaniya – Macarıstan 6:1 (2:0, 2:0, 2:1)
Danimarka – İsveçrə 2:5 (0:1, 2:2, 0:2)
ABŞ – Macarıstan 6:0 (2:0, 1:0, 3:0)
Almaniya – Qazaxıstan 4:1 (1:1, 1:0, 2:0)
Norveç – Çexiya 1:2 (0:0, 1:2, 0:0)
ABŞ – İsveçrə 0:3 (0:2, 0:0, 0:1)
Çexiya – Danimarka 7:2 (0:0, 4:1, 3:1)
Norveç – Almaniya 2:5 (1:2, 0:2, 1:1)
Qazaxıstan – Macarıstan 2:4 (0:2, 1:0, 1:2)
ABŞ – Norveç 6:5 ОТ (4:1, 1:2, 0:2, 1:0)
Qazaxıstan – Danimarka 1:5 (0:0, 0:2, 1:3)
İsveçrə - Almaniya 5:1 (0:0, 4:0, 1:1)
Çexiya – Macarıstan 6:1 (2:0, 1:1, 3:0)
Macarıstan – Danimarka 2:8 (2:1, 0:3, 0:4)
İsveçrə - Norveç 3:0 (2:0, 1:0, 0:0)
1. İsveçrə 5 4 0 1 0 20-8 13
2. Çexiya 4 3 1 0 0 20-7 11
3. Almaniya 4 3 0 0 1 16-9 9
4. ABŞ 4 2 1 0 1 17-8 8
5. Danimarka 5 2 0 0 3 17-20 6
6. Macarıstan 5 1 0 0 4 8-28 3
7. Qazaxıstan 4 1 0 0 3 6-14 3
8. Norveç 5 0 0 1 4 9-18 1
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda qələbə, 4 – overtaymda məğlubiyyət, 5 – məğlubiyyət, 6 – şayba fərqi, 7 – xal.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri