Icma.az
close
up
RU
Yalnız ruhun gücü ilə qalib gəlmək olar PSİXOLOQ FİKRİ

Yalnız ruhun gücü ilə qalib gəlmək olar PSİXOLOQ FİKRİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İndiki zamanda dünya idman təcrübəsi göstərir ki, fiziki, texniki, nəzəri, taktiki hazırlıqlarla yanaşı, yarışlarda yüksək nəticələrə nail olmaq üçün psixoloji amil mühüm rol oynayır. Məğlub olmuş idmançının, ya komandaların yarışdan sonra verdikləri müsahibələri diqqətlə təhlil etsək görərik ki, əsas fikir ondan ibarətdir ki, idmançılar psixoloji cəhətdən yarışa lazımi qaydada köklənə bilmədi. Və bu, həqiqətən belədir… İdmançının yarış zamanı öz psixikasını idarə etmək bacarığı olmadan yüksək nəticələr əldə etmək mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

Onun sözlərinə görə, yarışların psixoloji xüsusiyyətləri, yarışqabağı vəziyyətin dinamikası idmançının psixikasına böyük təsir göstərir. Aylarla, illərlə məşqlər, təlimlər prosesində yığılan bir neçə dəqiqə içində itirilir: ya yarışqabağı, ya da yarış zamanı: “Təxminən bərabər səviyyəli, bəzən isə, hətta bir-birinə bərabər olmayan idmançılar arasındakı yarışda psixi hazırlıq həlledici amilə çevrilir. Və hər bir yarış buna sübutdur. İdmançı istədiyi vaxt özünü lazımı mübarizəyə şüurlu surətdə hazırlaya bilər. İdmanda emosional oyanış termini qəbul olunmuş termindi. Emosional oyanış isə xarakterinə görə mənfi və müsbət olur. Təbii ki, müsbət emosiya insanın demək olar ki, bütün işlərində xeyir gətirir, mənfi isə mane olur. İdmanda da mənfi emosiya – qorxudur, hansı ki, yüngül həyəcanla başlayır və əzələdə gərginlik əmələ gəlir. Yüngül həyəcan yarışda normal bir haldır, amma onu aradan qaldırmağı da bacarmaq lazımdır. Çünki əzələdə gərginlik artdıqca idmançı istədiyi nəticəni əldə edə bilmir. Psixoloji sıxıntıların bir çox səbəbləri olur: keçirilən yarışın səviyyəsi, keçirildiyi yer; həddən artıq qalib olmaq istəyi və ya uduzmaq qorxusu; zaldakı azarkeşlərin səsi, idmançının şəxsi problemləri və s… İdmançı yarışa çıxanda ətraf aləmdən tamamilə ayrılmalıdır”.

İdmançılara psixoloji dəstək bir neçə mərhələdən ibarətdir:

1. Psixoloji diaqnostika

2. Psixokorreksiya və fərdi konsultasiya.

3. Yarış fəaliyyətinin psixoloji təhlili.

4. Qələbə psixologiyasını inkişaf etdirmək bacarığına aid psixoloji təlim.

“Hər bir idmançı məqsədə yönəlmiş olmalıdır. Hər bir uğursuzluğun, məğlubiyyətin səbəbini özündə görməlidir, daha artıq çalışmalıdır. Məğlubiyyətin səbəbini kənarda axtararaq, məsələn hakimdə: “xalımı vermədilər deyərək”, - təbii ki, o idmançı səhvlərini düzəltməyəcək. Və son olaraq onu da qeyd etmək istərdim ki, məşqçilərin öz idmançılarının psixologiyası haqqında məlumatlı olması çox vacibdir. Məşqçi idmançının psixoloji çətinliklərini aşkar edib mütləq zamanında mütəxəssisə yönləndirməyi məqsədəuyğun olar”, - deyə dos. Gülbaba Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri