Yamal komandasının qoluna sevinmədi Şəkillər
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın gənc ulduzu Lamin Yamal "Atletiko" ilə keçirilən matçın sonlarında davranışı ilə diqqət çəkib.
QOL.az xəbər verir ki, "Movistar" telekanalının yaydığı kadrlara əsasən, ispaniyalı vinger matçda məhsuldar hərəkətlə yadda qalmadığı üçün ciddi narazılıq nümayiş etdirib.
Kataloniya təmsilçisinin polşalı hücumçusu Robert Levandovski 87-ci dəqiqədə həlledici qola imza atıb. Yayımlanan görüntülərdə Yamalın bu qola heç bir reaksiya vermədiyi və sadəcə meydanda gəzişdiyi görülüb. Bir neçə saniyə sonra komanda yoldaşları qolu qeyd edərkən Pau Kubarsi ona yaxınlaşaraq nəsə deyib. Daha sonra Kubarsi sevinən futbolçulara qoşulsa da, Lamin əks istiqamətə doğru addımlayıb.
Final fitindən sonra Yamal birbaşa tunelə yollanıb. Qapıçı məşqçisi Xose Ramon de la Fuentenin müşayiəti ilə hərəkət edən futbolçu baş məşqçi Hans-Diter Flikin onu saxlamaq cəhdinə də məhəl qoymayıb.
Flik oyundan sonra bildirib ki, Yamal qol və ya ötürmə müəllifi ola bilmədiyi üçün emosional reaksiya verib:
“Bu, normaldır. Oyunda şansları oldu, amma istifadə edə bilmədi”.
Qeyd edək ki, görüş “Barselona”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baxış sayı:168
Bu xəbər 05 Aprel 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















