Icma.az
close
up
RU
Yanacaqdoldurma məntəqəsinin önündə baş vermiş qətl işində təqsirləndirilənlərdən xəbər var

Yanacaqdoldurma məntəqəsinin önündə baş vermiş qətl işində təqsirləndirilənlərdən xəbər var

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda qətldə təqsirləndirilən Sənan Hacıyev, onun xuliqanlıqda ittiham olunan dostları - Elvin Sadıqov və Məqsud Həsənov barəsindəki qərardan verilən kassasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 7-nə təyin edilib.

Qeyd: 2023-cü il yanvarın 4-də axşam saatlarında Beyləqan sakini 29 yaşlı Qənbər Qənbərov Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında bıçaqlanıb. Yanvarın 6-da səhər saatlarında o, yerləşdirildiyi klinikada dünyasını dəyişib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Ekspertizanın rəyinə görə, Qənbər Qənbərovun ölümünə kəskin qanitirmə ilə müşayiət olunan şok səbəb olub.

İstintaqla müəyyən edilib ki, yanvarın 4-də saat 22:15-də 27 yaşlı Sənan Hacıyev dostları - 33 yaşlı Elvin Sadıqov və 31 yaşlı Məqsud Həsənovla birlikdə “VAZ-2107” avtomobili ilə Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən qarşısında gedən "Toyota Prius" qəza şəraiti yaradıb. Bu zaman arxadan gələn "Opel Astra" avtomobilini idarə edən Əfrail Qənbərov qəzanın qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib. Bundan əsəbiləşən Sənan Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərova avtomobilini saxlamasını işarə edib. Sənan Hacıyev və dostları Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində dayanaraq Əfrail Qənbərov və onun yanında olan qardaşı ilə mübahisə ediblər. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Qənbər Sənanı söyüb, dizi ilə üzünə zərbə vurub. O isə qəzəblənərək gödəkçəsinin cibində saxladığı bıçağı çıxararaq onun döş qəfəsinə vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov 3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Yanvar 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see140

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see134

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see130

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see124

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see121

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see121

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see121

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see121

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see120

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Paytaxt klubunda kapitanla yeni müqavilə

03 İyun 2025 01:13see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see119

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see118

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see118

Benzin qiymətlərinə endirim: Yeni MƏBLƏĞ

03 İyun 2025 01:00see115

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşə açıqdır, amma…

02 İyun 2025 22:18see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri