Yanğın 80 min nəfəri evsiz qoydu
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında baş vermiş güclü meşə yanğınları səbəbi ilə 4 partlayış baş verib.
Modern.az-ın məlumatına görə, güclü külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 80 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib. Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir.
Vilayət meri Karen Bass meşə yanğınlarının daha da intensivləşəcəyinə dair xəbərdarlıq edib. Yanğınlar indiyə kimi mindən çox tikilini məhv edib. Los-Anceles şəhərinin Yanğından Mühafizə Xidmətinin rəisi Entoni Maronun açıqlamasına görə yanğınlar 20 kvadratkilometrdən çox ərazini əhatə edib və hələlik alovu nəzarət altına almaq mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 08 Yanvar 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















