Icma.az
close
up
RU
Yanğın baş verən Masallı məktəbi pelet sobası ilə İSİDİLİRMİŞ RƏSMİ

Yanğın baş verən Masallı məktəbi pelet sobası ilə İSİDİLİRMİŞ RƏSMİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib. Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.
Qeyd edilib ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.
Maraqlıdır, Masallının Xırmandalı kənd məktəbində qaz infrastrukturu yoxdur?
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbin I–IV siniflərin yerləşdiyi korpus mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. V–XI siniflərin tədris aldığı digər korpusun istilik təminatı pelet sobalar vasitəsilə edilir”.
Məlumatda bildirilir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:
 

“Xırmandalı kənd tam orta ümumtəhsil məktəbinin adı yeni binasının tikilməsi planlaşdırılan məktəblərin siyahısındadır və tikinti ilə bağlı layihələndirmə işləri aparılır. Təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.


Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Lənkəran-Astara regionu üzrə işin təşkili şöbəsinin və müvafiq podratçı şirkətin əməkdaşları mütəmadi olaraq məktəblərə baxış keçirir və ocaqçıları pelet sobalarından düzgün istifadə ilə bağlı təlimatlandırırlar:
“2025-ci ildə 45 təhsil müəssisəsində mövcud istilik sistemləri qazla işləyən mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilib, 320 istiliklə bağlı cari problem aradan qaldırılıb. Bu istiqamətdə tədbirlərin icrası hazırda da davam etdirilir”.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri