Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Dost Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DOST Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, Mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.
Qeyd edilib ki, ötən gün saaat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb:
“Hadisə yalnız bir otaqda baş verib və Mərkəzi əhatə etməyib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər”.

Xırdalandakı DOST Mərkəzi müvəqqəti işləməyəcək
28 Avqust 2025 15:04
DOST Mərkəzində yanğın FOTO
27 Avqust 2025 16:57
Mərkəzi Klinik Xəstəxanada yanğın VİDEO
18 Avqust 2025 19:59
Ucarda DOST Mərkəzi açılsın
27 Noyabr 2024 11:36
Xırdalanda DOST Mərkəzi yanır
27 Avqust 2025 16:45

