Yanğın təhlükəsi olan obyekt bağlandı Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yoxlama zamanı aşağıdakı nöqsanlar aşkarlanıb:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- yanğın su hovuzu mövcud deyil;
- obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur;
- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 May 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















