Icma.az
close
up
RU
“Yango Azerbaijan” və “İRİA” təhsil proqramına start verir

“Yango Azerbaijan” və “İRİA” təhsil proqramına start verir

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yango Group” Beynəlxalq texnologiya şirkətinin bir hissəsi olan “Yango Azerbaijan” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Education and Development Center” ilə birgə “Future Skills Academy – Lankaran” təhsil proqramına start verdiyini elan edir.

Bu təşəbbüs Azərbaycanın regionlarında gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə və onların peşəkar inkişaf imkanlarının genişləndirilməsinə yönəlib. Proqram Lənkərandan olan 18-25 yaşlı qızlar – tələbələr, məzunlar, karyeralarının başlanğıcında olan mütəxəssislər, eləcə də öz layihələrini inkişaf etdirməyi planlaşdıran şəxslər üçün nəzərdə tutulub. Qeyd edək ki, təlim ödənişsiz əsasda keçirilir.

Tədris proqramı müasir rəqəmsal iqtisadiyyatın süni intellekt (AI), məlumatların təhlili alətləri, dizaynın əsasları və biznesin idarə edilməsi də daxil olmaqla əsas istiqamətlərini əhatə edir. İştirakçılar klassik proqramlaşdırma bacarıqlarına malik olmadan AI alətlərinin köməyi ilə ilk rəqəmsal prototipləri və məhsulları yaratmağa imkan verən “VibeCoding” yanaşmasını mənimsəyəcəklər. Dərslər həftəsonları Lənkəran Peşə Məktəbinin bazasında keçiriləcək. “Yango Group”un ekspertləri iştirakçılarla müasir texnologiyaların tətbiqi üzrə praktik təcrübələrini, eləcə də biznesin yaradılması, inkişaf etdirilməsi və miqyasının genişləndirilməsi sahəsində biliklərini bölüşəcəklər.

Proqramda iştirak etmək üçün texnologiyalar sahəsində əvvəlcədən təcrübəyə malik olmaq tələb olunmur. Rəqəmsal texnologiyalar, süni intellekt, dizayn və sahibkarlıq, o cümlədən turizm sahəsində bacarıqlarını inkişaf etdirməkdə maraqlı olan istənilən ixtisas üzrə tələbə və məzunlar müraciət edə bilərlər. 12 sentyabr 2026-cı ildə başlayacaq və 2027-ci ilin mart ayına qədər davam edəcək proqram üçün müraciətlərin qəbulu layihənin rəsmi saytında artıq açıqdır. Təlim çərçivəsində 100 iştirakçının praktiki tapşırıqlar və öz layihələri üzərində işləməsi, proqramın sonunda isə onların gələcəkdə işə qəbul olunmaq və ya öz bizneslərini qurmaq üçün istifadə edə biləcəkləri portfoliolar formalaşdırması planlaşdırılır.

“Bizim məqsədimiz müasir rəqəmsal bacarıqları yalnız paytaxtda deyil, Azərbaycanın regionlarında da gənclər üçün əlçatan etməkdir. İRİA ilə birgə Lənkəranda iştirakçılara süni intellekt də daxil olmaqla tələb olunan texnologiyaları mənimsəməyə, praktiki bacarıqlar və peşəkar inkişaf üçün yeni imkanlar əldə etməyə şərait yaradacaq təhsil platforması formalaşdırırıq”, – deyə “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov qeyd edib.

“Yango Group” haqqında

“Yango Group” bütün dünya üzrə qabaqcıl texnologiyaları yerli icmaların ehtiyaclarına uyğunlaşdıran beynəlxalq texnologiya şirkətidir. Şirkət Afrika, Latın Amerikası, Avropa, Yaxın Şərq, Cənubi Asiya və digər regionların 30-dan çox ölkəsində mobillik, çatdırılma, foodtex, əyləncə və digər rəqəmsal xidmətləri inkişaf etdirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik ölkənin rəqəmsal transformasiyasına, innovasiya və texnologiya ekosisteminin inkişafına, texnoloji sahibkarlığın və startapların dəstəklənməsinə, habelə rəqəmsal bacarıqların və insan kapitalının inkişafına kömək edir. İRİA müasir rəqəmsal texnologiyaların tətbiqinə, innovasiya mühitinin inkişafına və Azərbaycanın regional texnologiya və innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri