Icma.az
close
up
RU
Yango Azerbaijan və Unibank Bakıda hibrid avtomobillərin sayını artıracaq

Yango Azerbaijan və Unibank Bakıda hibrid avtomobillərin sayını artıracaq

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı taksi sifarişi servislərindən biri olan "Yango Azerbaijan" "Unibank" ilə strateji tərəfdaşlığa başlayıb.

Bu əməkdaşlıq çərçivəsində "Yango"nun Bakıda fəaliyyət göstərən dörd tərəfdaş taksi parkında 500 yeni hibrid avtomobil istifadəyə veriləcək. Sürücülər artıq 2024-cü ilin sonunadək bu avtomobillərlə sifarişləri yerinə yetirməyə başlayacaqlar.

Taksi parkları bu avtomobilləri "Unibank"in güzəştli kredit şərtləri ilə əldə edə biləcəklər, "Yango Azerbaijan" isə zamin kimi çıxış edəcək. "Yango" tərəfdaşlarının "BYD Qin Plus" modelinin yeni avtomobillərini alacağı planlaşdırılır.

"Yango" və "Unibank" arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi xidmətini daha təhlükəsiz və rahat etməkdir. Hibrid avtomobillərin sayının artması isə müştərilərə həm də ekoloji təmiz xidmət göstərməyə imkan verir.

"Bu təşəbbüs Bakıdakı tərəfdaşlarımızın avtomobil parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın tərkib hissəsidir. Daha əvvəl biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. Növbəti hədəfimiz 2024-2025-ci illər ərzində tərəfdaşlarımıza 4000-dən çox yeni avtomobil almaqda kömək etməkdir", - "Yango Azerbaijan"ın baş direktoru Müşviq Həsənov bildirib.

"Böyük məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Bankımız iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına yönəlmiş növbəti ekoloji layihəni maliyyələşdirir. Kreditləşmə "yaşıl layihələr" təsnifatına uyğun olan hibrid avtomobillərin alınması üçün həyata keçirilir. Qeyd edim ki, "yaşıl nəqliyyat" beynəlxalq standartlara uyğun işlənib hazırlanmış dayanıqlı maliyyə strategiyamıza əsasən iqtisadiyyatın "yaşıl" sektoru kimi nəzərdən keçirilir. Bundan əlavə, hibrid avtomobillərin alınmasına maliyyə vəsaitinin ayrılması istilik effekti yaradan qaz emissiyalarının azaldılması üzrə Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinə uyğun olaraq ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir", - "Unibank" ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.

O qeyd edib ki, bank tərəfindən həyata keçirilən "yaşıl kreditləşmə" ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da töhfə verəcək:

"Bu təşəbbüs dayanıqlı maliyyələşdirmə və ESG prinsiplərinin bankın fəaliyyətinə və göstərdiyi xidmətlərə inteqrasiyasının növbəti nümunəsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri