Icma.az
close
up
RU
“Yango Azerbaijan” və “Unibank” Bakıda hibrid avtomobillərin sayını artıracaq

“Yango Azerbaijan” və “Unibank” Bakıda hibrid avtomobillərin sayını artıracaq

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycanın aparıcı taksi sifarişi servislərindən biri olan “Yango Azerbaijan”  “Unibank” ilə strateji tərəfdaşlığa başlanğını elan edib. Bu əməkdaşlıq çərçivəsində “Yango”nun Bakıda fəaliyyət göstərən dörd tərəfdaş taksi parkında 500 yeni hibrid avtomobil istifadəyə veriləcək. Sürücülər artıq 2024-cü ilin sonunadək bu avtomobillərlə sifarişləri yerinə yetirməyə başlayacaqlar.

Taksi parkları bu avtomobilləri “Unibank”in güzəştli kredit şərtləri ilə əldə edə biləcəklər, “Yango Azerbaijan” isə zamin kimi çıxış edəcək. “Yango” tərəfdaşlarının “BYD Qin Plus” modelinin yeni avtomobillərini alacağı planlaşdırılır.

“Yango” və “Unibank” arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi xidmətini daha təhlükəsiz və rahat etməkdir. Hibrid avtomobillərin sayının artması isə müştərilərə həm də ekoloji təmiz xidmət göstərməyə imkan verir.

"Bu təşəbbüs Bakıdakı tərəfdaşlarımızın avtomobil parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın tərkib hissəsidir. Daha əvvəl biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. Növbəti hədəfimiz 2024-2025-ci illər ərzində tərəfdaşlarımıza 4000-dən çox yeni avtomobil almaqda kömək etməkdir", - “Yango Azerbaijan”ın baş direktoru Müşviq Həsənov bildirib.

"Böyük məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Bankımız iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına yönəlmiş növbəti ekoloji layihəni maliyyələşdirir. Kreditləşmə “yaşıl layihələr” təsnifatına uyğun olan hibrid avtomobillərin alınması üçün həyata keçirilir. Qeyd edim ki, “yaşıl nəqliyyat” beynəlxalq standartlara uyğun işlənib hazırlanmış dayanıqlı maliyyə strategiyamıza əsasən iqtisadiyyatın “yaşıl” sektoru kimi nəzərdən keçirilir. Bundan əlavə, hibrid avtomobillərin alınmasına maliyyə vəsaitinin ayrılması istilik effekti yaradan qaz emissiyalarının azaldılması üzrə Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinə uyğun olaraq ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir", - “Unibank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.

"İnanırıq ki, Bankımız tərəfindən həyata keçirilən “yaşıl kreditləşmə” ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da töhfə verəcək. Bu təşəbbüs dayanıqlı maliyyələşdirmə və ESG prinsiplərinin bankın fəaliyyətinə və göstərdiyi xidmətlərə inteqrasiyasının növbəti nümunəsidir", - o əlavə edib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri