Yankoviç və Kuç qələbənin iştirakçısı oldu
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin üzvü Edvin Kuçun formasını geyindiyi Monteneqro yığması UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Robert Prosineçkinin yetirmələri Türkiyə ilə qarşılaşıb. Matç monteneqronun qələbəsiylə başa çatıb – 3:1.
Marko Yankoviç bu görüşə start heyətdə başlayıb və sona qədər oynayıb. Kuç isə 69-cu dəqiqədə oyuna daxil olub. Marko 22-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Türkiyə yığması bu məğlubiyyətlə liderliyi əldən verib və qrupu ikinci sırada bitirib. Monteneqro isə 3 xalla sonuncu sırada qərarlaşıb.

Yankoviç və Kuç məğlubiyyətin iştirakçısı oldu
17 Noyabr 2024 11:35
Yankoviç oynadı, Kuç izlədi
06 Sentyabr 2025 13:35
Yankoviç və Kuç oynadı, Monteneqro Türkiyəni məğlub etdi VİDEO
20 Noyabr 2024 10:59
Marko Yankoviç və Edvin Kuç Bakını tərk edir İdmanXəbər
10 Noyabr 2024 14:37

