Yannik Sinner ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi olub
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Dünya reytinqinin birinci pilləsində qərarlaşan Yannik Sinner ardıcıl ikinci dəfə “Uimbldon” turnirinin qalibi olub.
İdman.Biz xəbər verir ki, 24 yaşlı italiyalı tennisçi kişilərin fərdi yarışının finalında Almaniya təmsilçisi Aleksandr Zverevlə qarşılaşıb.
Dörd set davam edən görüş Sinnerin 6:7, 7:6, 6:3, 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. İlk seti tay-brekdə uduzan italiyalı tennisçi sonrakı üç setdə üstün olub və titulunu qoruyub.
Bununla da Sinner karyerasında qazandığı “Böyük dəbilqə” turnirlərinin sayını beşə çatdırıb. O, 24 yaşında bu göstəriciyə nail olub. İtaliya təmsilçisi ötən il “Uimbldon”un finalında Karlos Alkarasa qalib gələrək turnirdə ilk çempionluğunu qazanmışdı.
Zverev isə karyerasında ilk dəfə “Uimbldon”un finalında çıxış edib. Almaniyalı tennisçi daha əvvəl turnirdə dördüncü mərhələdən irəli gedə bilməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 12 İyul 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















