Icma.az
close
up
RU
Yanvarda əmək pensiyaları 8 faiz artacaq Deputat yeni indeksasiya sisteminə keçməyi təklif edir AzPolitika onlayn siyasiictimai qəzet

Yanvarda əmək pensiyaları 8 faiz artacaq Deputat yeni indeksasiya sisteminə keçməyi təklif edir AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mövcud qaydalara əsasən, Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsində vahid, yəni fiks yanaşma tətbiq olunur. 2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının 8 faizə indeksləşdirilib artırılması gözlənilir”.

“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov Milli Məclis komitələrində büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, pensiyaların əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılması müsbət haldır: “Bununla belə, fiks indeksləşdirmə nəticəsində, 300 manat pensiya alan vətəndaşımızın pensiyasında cəmi 24 manat, 3 min manat pensiya alanın pensiya məbləğində 240 manat artım qeydə alınır. İndeksasiya birbaşa pensiya məbləğinə kəmiyyət olaraq tətbiq olunduğu üçün bu az pensiya məbləği olanlarda az, çox pensiya alanlarda çox artım deməkdir”.

Millət vəkili hesab edir ki, mövcud maliyyə fondu çərçivəsində diferensial indeksasiya sisteminin tətbiqinə ehtiyac var: “Bu zaman az pensiya məbləği üçün daha çox indeksasiya faizi kimi göstərici ilə yanaşı keyfiyyət meyarlarından və digər imkanlardan istifadə oluna bilər. Bununla da, indeksasiya nəticəsində nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara nail olmaq olar. Bu həm median pensiya məbləğinin artmasına, həm də indeksləşdirmə üçün nəzərdə tutulan ümumi vəsaitin daha proporsional bölüşdürülməsinə imkan verə bilər”.

İqtisadi ikinci məqamın pensiya kapital üçün tələblərlə bağlı olduğunu qeyd edib: “Minimum pensiya məbləği artdıqca əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala və ya 25 illik staja malik olmaldır. Minimum pensiya məbləğinin artırılması müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar və ya ailədə uşaqların sayı və digər faktorlar nəzərə alına bilər və bununla da əmək pensiyası almaq hüququ qazanmaq üçün kapital tələbi azalmış olar. Bu yaşa görə müavinət alan bəzi vətəndaşlarımızın əmək pensiyası almasına imkan yarada bilər. Bunla da daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”.

V.Bayramov üçüncü məqamın pensiya kapitalından istifadə ilə bağlı olduğunu qeyd edib: “Sinqapur və bir sıra digər ölkələrdə olduğu kimi pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi məqsədəuyğun olardı. Bu zaman vətəndaşlarımız pensiya yaşının tamam olmasını gözləmədən kapitalın bir hissəsindən daha öncə istifadə edə bilərlər. Bu baxımdan, ABŞ modelində olduğu kimi, minimum pensiya kapital tələbi ilə yanaşı orta pensiya kapital tələbi müəyyənləşə bilər ki, bu da kapitaldan istifadəyə imkan yaradar”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri