Icma.az
close
up
RU
Yanvardan sonra daha qətiyyətli “Qarabağ” görəcəyik ŞƏRH

Yanvardan sonra daha qətiyyətli “Qarabağ” görəcəyik ŞƏRH

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın Çempionlar Liqasında “Ayaks”la qarşılaşması azarkeşlər arasında böyük ümidlər yaratmışdı. Oyun ərzində əldə edilə biləcək uğur olduqca yaxın görünsə də, edilən dəyişikliklərdən sonra komandanın məğlub olması müzakirələrə səbəb oldu. Xüsusilə baş məşqçi Qurban Qurbanovun taktiki qərarları futbol ictimaiyyətində fərqli fikirlərin yaranmasına yol açdı. Digər tərəfdən, Premyer Liqada liderliyin dəyişməsi və “Qarabağ”ın son turlardakı çıxışı komandanın eniş dövrü yaşayıb-yaşamadığı sualını gündəmə gətirdi.

Premyer Liqada liderliyin dəyişməsi fonunda “Qarabağ”ın eniş dövrü yaşadığı barədə fikirlər nə dərəcədə doğrudur?

Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bütün azarkeşlər kimi “Qarabağ”ın qalib gələcəyini gözlədiyini bildirdi:

"Qalib gələcəklərinə inanırdım və düşünürdüm ki, komanda bu oyundan qələbə ilə ayrılacaq. Təəssüf ki, sonda məğlub olduq, baxmayaraq ki, hesabda 2:1 öndə idik. Amma bu futboldur, belə hallar olur.

İlk növbədə onu qeyd etmək lazımdır ki, bir neçə ay əvvəl, avqust ayında desəydilər ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşəcək və oradan sıfır xalla ayrılacaq, yəqin ki, hamımız buna razı olar və sevinərdik. Çünki həmin vaxt “Qarabağ” səkkiz böyük klubla qarşılaşacaqdı və ən azı dörd nüfuzlu komanda Azərbaycana gələcəkdi. Bu isə ölkə futbolunun inkişafı baxımından son dərəcə vacib məsələ idi. Lakin bu gün reallıq tamam fərqlidir. Komanda təkcə Çempionlar Liqasının qrupuna düşmədi, eyni zamanda xallar da toplamağa başladı. “Benfika” və “Kopenhagen” kimi komandalara qalib gəldi, “Çelsi” ilə heç-heçə etdi. Bundan sonra, necə deyərlər, “iştah yemək zamanı gəlir” həm azarkeşlərdə, həm komandada növbəti mərhələyə yüksəlmək istəyi formalaşdı. Bu, əslində, müsbət haldır. Amma nəzərə almaq lazımdır ki, “Qarabağ” büdcə baxımından “Ayaks”dan təxminən altı-yeddi dəfə geri qalır. Bu, çox ciddi amildir. Komandada zədələnən və yorulan futbolçular var. “Ayaks”da bu cür hallarda futbolçuları əvəzləmək üçün geniş seçim mövcuddur, “Qarabağ”da isə bu imkanlar hələlik məhduddur. İnsanlar deyirlər ki, oyunda edilən dəyişikliklərdən sonra komanda eniş yaşadı və məğlubiyyət məhz bu dəyişikliklərin nəticəsi oldu. Bunun nə dərəcədə doğru olduğunu demək çətindir, amma bir həqiqət var: hər dəyişiklik konkret səbəblərə əsaslanır. Bu səbəblərdən biri futbolçuların fiziki yüklənməsi ilə bağlıdır".

Müsahibimiz qeyd etdi ki, dünyanın ən yaxşı hücumçu-vinqerləri belə oyun ərzində maksimum 300–400 metr sprint edir:

"Məsələn, Mbappe kimi futbolçu bir oyunda ən çoxu 450 metr sprint edir. Ümumilikdə isə futbolçular 90 dəqiqə ərzində 10-12 kilometr məsafə qət edirlər və bunun yalnız kiçik bir hissəsi sprintlərdən ibarət olur.

Mənim fikrimcə, həm Andrade, həm də Duran artıq 60-70-ci dəqiqəyə qədər etməli olduqları sprintləri yerinə yetirmişdilər. Bu cür göstəricilər dərhal məşqçi heyətinə ötürülür. Əgər futbolçu artıq 400-450 metr sprint edibsə, növbəti sprintlər əzələ yırtığı və digər ciddi zədələrə səbəb ola bilər. Baş məşqçi də bu riskləri nəzərə alaraq futbolçuları qorumağa çalışır. Digər tərəfdən, 60-cı dəqiqədən sonra hesabda öndə olan komandanın rəqibin təzyiqinin artacağını bilməsi təbiidir. “Ayaks” daha çox hücum edəcək və arxada boşluqlar buraxacaqdı. Bu boşluqlardan istifadə etmək üçün isə əks-hücumlarda sürətli və diri futbolçulara ehtiyac var idi. Andrade və Duran sürətli futbolçular olsalar da, artıq ciddi fiziki yüklənmə yaşadıqları üçün bu hücumlara əvvəlki keyfiyyətdə qoşula bilməyəcəkdilər. Dəyişikliklərin əsas səbəbi də məhz bununla bağlı idi və məşqçi heyətinin əlində olan datalar bu qərarı qaçılmaz edirdi.

Premyer Liqaya gəldikdə isə, “Qarabağ”ın hazırkı durumu və liderliyin dəyişməsi təbii olaraq hamının marağına səbəb olur".

Futbol mütəxəssisinin fikrincə, Qurban Qurbanov və klub rəhbərliyi artıq pik mərhələyə daxil olublar:

"Bu mərhələdə mübarizə təkcə meydanda deyil, meydandan kənarda da gedir və mən əminəm ki, onlar bu sınaqdan da uğurla çıxacaqlar. Çünki klubun strukturu peşəkar şəkildə qurulub.

Bu gün “Qarabağ” böyük təzyiqlərlə üzləşir. Uğur qazanan komandada çıxış edən futbolçular haqqında daha çox xəbərlər yayılır, müxtəlif transfer iddiaları ortaya atılır. Bəzən bu məlumatlar oxucu cəlb etmək məqsədi daşıyır, bəzən isə real əsaslara söykənir. Hər iki halda bu cür xəbərlər futbolçuların motivasiyasına mənfi təsir göstərə bilər. Amma düşünürəm ki, Qurban müəllim və onun komandası bu vəziyyəti də peşəkarcasına idarə edəcək.

Əminliklə demək olar ki, yanvar ayından sonra daha qətiyyətli “Qarabağ” görəcəyik. Çünki komandanın hazırkı səviyyəsi Azərbaycan Premyer Liqasının ümumi səviyyəsindən yüksəkdir. “Sabah”a gəldikdə isə, bu komanda dinamik və sürətli futbol oynayır, orada yaxşı iş görülür. Amma “Qarabağ”ı üstələmək üçün hələ ciddi beynəlxalq təcrübəyə və yüksək intensivlikli oyunlara ehtiyac var".

Etibar İbrahimov düşünür ki, əgər “Qarabağ” Çempionlar Liqasındakı mərhələdən sonra bütün diqqətini Premyer Liqaya yönəltsə, qısa müddətdə yenidən liderliyi ələ keçirəcək:

"Bu gün “Sabah”ın, eyni zamanda “Zirə”nin yaratdığı rəqabət Azərbaycan futbolu üçün çox faydalıdır. Gələcəkdə liqada 6-7 belə peşəkar komandanın olması ümumi səviyyəni yüksəldəcək və xarici futbolçuların Azərbaycana marağını artıracaq. Yekun olaraq, fikrim dəyişmir: yanvardan sonra lider yenə dəyişəcək və “Qarabağ” çempionluğunu bir daha təmin edəcək".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri