Icma.az
close
up
RU
YAP Binəqədi rayon təşkilatının ərazı partiya təşkilatında görüş keçirilib

YAP Binəqədi rayon təşkilatının ərazı partiya təşkilatında görüş keçirilib

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Ağasadıq Gəraybəyli küçəsi 63 ünvanlı ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib. Görüşdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş nitqi ilə açan ərazi partiya təşkilatının sədri Ceyhun Rüstəmov təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. O, təşkilatın fəaliyyət planına uyğun olaraq qarşıda duran məsələlər və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında danışıb. Təşkilatın üzvlərinin Yeni Azərbaycan Partiyasınnı fəaliyyətində yaxından iştirak etdiklərini, partiyanın bütün tapşırıq və tövsiyyələrinə səylə, məsuliyyətlə əməl etdiklərini söyləyib.

Görüşdə geniş nitq söyləyən AzərTac-ın İdarə Heyətinin sədri, Yeni Azərbaycan Partiyasının fəalı Vüqar Əliyev əsası ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının ölkəmizin, eləcə də regionun siyasi həyatındakı əvəzsiz rolundan bəhs edib. Bildirib ki, ulu öndərin müstəqil Azərbaycannın daha da qüdrətlənməsinə və inkişafına xidmət edən siyasi-ideoloji xətti uğurla davam etdirilir. Bu gün dövlətimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf göstəricilərinə görə dünyanın söz sahibi ölkələrindən birinə çevrilib. Vüqar Əliyev çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq ölkəmizin bir çox sahələrdə mühüm nailiyyətlər əldə etdiyini qeyd edib.

Görüşdə yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Yeni Azərbaycan Partiyasının yaranması tarixindən danışaraq partiyanın keçdiyi şərəfli və keçməkeşli tarixi, siyasi mərhələlər haqqında məlumat verib. Tarixi zərurətdən irəli gələrək ümummilli lider Heydər Əliyevin rəhbərliyi və Azərbaycanın qabaqcıl ziyalılarının təkidli xahişi ilə təsis edilən partiya bu gün öz liderliyini qoruyub saxlayır. Ulu öndər Heydər Əliyevin siyasi kurusunu layiqincə davam etdirən dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da inkişaf edir, çiçəklənir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərimiz sayəsində tarixi ədalətin bərpa edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi, bu gün həmin ərazilərimizdə geniş yenidənqurma və infrastruktur layihələrinin icra edilməsi dövlətimizin qüdrətinin bariz nümunəsidir. Vüsar İsmayılov çıxışının sonunda partiya üzvlərinə tövsiyyələrini verib.

Görüş partiya üzvlərinin birgə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri