Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

YAP gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı

YAP gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. İllər keçdikcə baş verən hadisələrin, hər bir ölkənin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərin mahiyyəti daha dərindən dərk olunur. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya olmaqla yanaşı, ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı, dönüş nöqtəsi oldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə tarixi müraciətində öz əksini tapmışdır. “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti özündə bütün məqamları ehtiva edirdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin nəticəsində ölkənin düşdüyü ağır vəziyyətdən xilasının mümkünlüyü geniş şəkildə öz əksini tapmışdır. Belə bir əminlik ifadə olunmuşdur ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.

Ümummilli Lider Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə partiyanın bu gününə və gələcəyinə inamını ifadə etmişdir. Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.

YAP fəaliyyətə başladığı ilk gündən xalqın xoşbəxt gələcəyi naminə Heydər Əliyev tərəfindən işlənib-hazırlanmış proqrama uyğun fəaliyyət göstərmişdir. Partiyamız bütün bu dövr ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, ərazi bütövlüyünün təmin edilməsinə, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulmasına, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılmasına müstəsna ideoloji dəstək vermişdir. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirmiş, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.
2003-cü ildən başlayaraq YAP Sədrinin birinci müavini kimi təşkilata rəhbərliyi həyata keçirən Prezident İlham Əliyevin səmərəli və novator fəaliyyəti 2005-ci ildə partiyanın III Qurultayında onun yekdilliklə YAP-ın Sədri seçilməsini şərtləndirdi. Bu, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasına aparan yolun başlanğıcı idi. YAP-ın ötən il baş tutmuş növbədənkənar VII Qurultayı isə təşkilatın siyasi həyatında yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Təşkilatın müasir çağırışlara uyğun yeni Məramnamə və Nizamnaməsinin qəbul olunması YAP-ın sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması isə idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm amildir.

Ən əsası, Azərbaycan xalqı üçün taleyüklü məqamlarda, 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərin qazanılması üçün heç də sonuncu şərt olmayan xalq-Prezident-ordu birliyinin, siyasi həmrəyliyin əldə olunmasında YAP-ın rolu əvəzedilməzdir. Bununla siyasi təşkilatların rolu və yeri baxımından hakim partiya 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu. Cənab İlham Əliyev YAP-ın cəmiyyətdəki və ideoloji müstəvidəki rolunu dəyərləndirərkən söyləmişdir: "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir... Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır".

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri