Icma.az
close
up
RU
YAP ölkəmizin inkişafında müstəsna rol oynayır

YAP ölkəmizin inkişafında müstəsna rol oynayır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının X konfransı keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın ötən dövr ərzində gördüyü işlər, rayonda həyata keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib. O, təşkilatın fəaliyyətinin partiyanın müəyyən etdiyi əsas prinsiplər və qarşıya qoyulan vəzifələr əsasında davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, müxtəlif sosial, mədəni və ictimai tədbirlərdə yaxından iştirak etməklə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə öz töhfələrini verirlər.
Konfransda Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi zərurətdən irəli gəldiyini, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın qısa müddətdə geniş ictimai dəstək qazandığını və Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Müşfiq Məmmədli isə çıxışında YAP-ın keçdiyi inkişaf yolundan, təşkilatlanma ənənələrindən və ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası xalqa və dövlətə xidmət nümunəsi kimi milli maraqlara sadiqlik nümayiş etdirir.
Tədbirdə YAP Xızı rayon təşkilatı “İcra Hakimiyyəti” ərazi partiya təşkilatının sədr müavini Tünzalə İmanova və təşkilatın veteran üzvü Svetlana Rüstəmova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasındakı tarixi rolundan və dövlətçiliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, YAP ölkəmizin inkişafında müstəsna rol oynayır. Çıxışlarda Xızı rayonunda əhalinin ictimai-siyasi fəallığının artırılması və cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində mühüm işlər görüldüyü vurğulanıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov isə çıxışında partiyanın müasir dövrdə fəaliyyət istiqamətlərinə toxunaraq dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Konfransda YAP Xızı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri