Icma.az
close
up
RU
YAP Ağdam rayon təşkilatının XII konfransı keçirilib

YAP Ağdam rayon təşkilatının XII konfransı keçirilib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, YAP Ağdam rayon təşkilatı ötən müddət ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirib. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayından sonra partiyanın təşkilati strukturunun təkmilləşdirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəli təşkili, üzvlərlə işin keyfiyyətinin artırılması və müasir çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında rayonda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələr, əhalinin sosial rifahının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb. O vurğulayıb ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyir, həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti regionların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqa xidmət prinsipini prioritet saydığını vurğulayıb. O, partiyanın Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində roluna diqqət çəkib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz nailiyyətlərə imza atır.

9 saylı ərazi partiya təşkilatının sədri Xanım Əliyeva və 15 saylı ərazi partiya təşkilatının sədri Bəhram Qurbanov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə fəal mövqeyi ilə seçildiyini qeyd ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə partiyanın VII qurultayından sonra görülən işlərdən və qarşıda duran əsas vəzifələrdən danışıb.

Konfransda YAP Ağdam rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri