Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

YAP ın beynəlxalq əlaqələri genişlənir

YAP ın beynəlxalq əlaqələri genişlənir

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu gün Avropa ilə Asiya arasında körpülər yaradan Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir. Bu baxımdan ölkəmizdə hakim partiya olan Yeni Azərbaycan Partiyasının  (YAP) beynəlxalq əlaqələrinin davamlı olaraq  genişlənməsi xüsusi diqqət çəkir. YAP 33 ili əhatə edən inkişaf tarixində ayrı-ayrı ölkələrin aparıcı siyasi qüvvələri ilə sıx əlaqələr qurmağa nail olub. Bu əlaqələr yalnız patiyalar səviyyəsində əməkdaşlıqla məhdudlaşmır, həmçinin dövlətlərarası münasibətlərə də öz müsbət təsirini göstərir.

Elə bu günlərdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Braziliya Federativ Respublikasında və Kuba Respublikasında səfərdə olub. YAP-ın artan beynəlxalq nüfuzunu təsdiqləyən bu səfərlər müvafiq olaraq Mərkəzçi Demokrat İnternasionalının (IDC-CDI) və Kuba Kommunist Partiyasının (KKP) dəvəti əsasında baş tutub.

Azərbaycanın beynəlxalq və regional təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi hədəfi

Yarandığı vaxtdan bəri Azərbaycanın inkişafına misilsiz töhfələr verən Yeni Azərbaycan Partiyası həmçinin  ölkə qanunvericiliyinə uyğun əsaslarda özünün beynəlxalq əlaqələrini qurub inkişaf etdirir. Partiyanın 2021-ci il dekabrın 29-da qəbul edilmiş Proqramında da qeyd olunduğu kimi, milli maraqlara əsaslanan xarici siyasətin aparılması sahəsində YAP-ın bir sıra hədəfləri mövcuddur. Buraya dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələrin möhkəmləndirilməsi və bundan ölkəmizin davamlı inkişafında səmərəli vasitə kimi istifadə olunması, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, xarici ölkələrlə iqtisadi, elmi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, habelə bəşəriyyəti narahat edən qlobal problemlərin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi daxildir. Partiya ayrı-ayrı ölkələrin aparıcı siyasi qüvvələri ilə əlaqələrini genişləndirməklə, təcrübə mübadiləsi aparmaqla Azərbaycanın beynəlxalq və regional təşkilatlarda mövqeyinin möhkəmləndirilməsinə öz töhfələrini verməyi hədəfləyir.

Belə ardıcıl siyasətin nəticəsidir ki, hazırda Yeni Azərbaycan Partiyası Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Çin, Şimali Makedoniya, Şimali Kipr Türk Respublikası, Vyetnam, Kamboca, Laos və digər ölkələrdən olan onlarla aparıcı siyasi partiya ilə mütəmadi əlaqələrə malikdir. O cümlədən YAP xarici ölkələrin ayrı-ayrı siyasi partiyaları ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayından sonra Yeni Azərbaycan Partiyası tərəfindən digər ölkələrin siyasi partiyaları ilə çoxsaylı sənədlər imzalanıb. Bu sırada Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Əməkdaşlıq Protokolu (02.06.2021-ci il), Ukraynanın “Xalqın Xidmətçisi” Siyasi Partiyası ilə Əməkdaşlıq Memorandumu (03.12.2021-ci il), Şimali Makedoniyanın Türk Demokratik Partiyası ilə Əməkdaşlıq Memorandumu (10.05.2022-ci il),  AK Parti və Şimali Kiprin Ulusal Birlik Partiyası ilə üçtərəfli Anlaşma Memorandumu (15.11.2023-cü il), Vyetnam Kommunist Partiyası ilə Əməkdaşlıq Sazişi (20.11.2023-cü il), Qazaxıstanın “AMANAT” partiyası ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumu (13.06.2024-cü il), Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası ilə Əməkdaşlıq Memorandumu (13.06.2024-cü il). Çin Kommunist Partiyası ilə Əməkdaşlıq Memorandumu (13.11.2024-cü il) kimi sənədləri misal göstərə bilərik.

Bundan əlavə,Yeni Azərbaycan Partiyası 2009-cu ildən ICAPP  (Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı) Daimi Komitəsinin üzvüdür. Hazırda YAP-ın İCAPP DK-dakı təmsilçisi Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdur.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya ölkələrinin siyasi partiyalarını birləşdirən qurum olaraq  2000-ci ildə Filippində təsis edilib. Hər iki ildən bir keçirilən konfransın yaradılmasında əsas məqsəd, Asiya ölkələri siyasi partiyalarını bir araya gətirmək, regionu maraqlandıran suallara cavab axtarmaq, mövcud problemlərin həlli istiqamətində birgə səy göstərmək və digər ölkələrin Asiyaya olan inamını təmin etməkdir. ICAPP fəaliyyət göstərdiyi 25 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib. Asiyada 350-dən çox partiyanı əhatə edən  ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

2012-ci ildə Bakıda keçirilən ICAPP-ın 7-ci Baş Assambleyasında qurumun Daimi Komitəsinin üzvlərinin səsverməsi ilə “Bakı Bəyannaməsi” qəbul edilib Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında xüsusi bənd əlavə olunub, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və Azərbaycanın haqlı mövqeyi bir daha dəstəklənib. İCAPP-ın 7-ci Baş Assambleyası zamanı qurumun Qadınlar Qolunun təsis edilməsi təklif olunub və qərara alınıb ki, onun birinci iclası da 2013-cü ildə Azərbaycanda keçirilsin. Qərara əsasən, 2013-cü ilin aprel ayında qurumun Qadınlar Qolunun təsis konfransı Azərbaycanda keçirilib. İndiyədək YAP-ın ev sahibliyi ilə İCAPP-ın Bakıda bir sıra  tədbirləri uğurla baş tutub. YAP nümayəndələri mütəmadi olaraq İCAPP tədbirlərində iştirak edir. Həmçinin İCAPP müşahidə missiyası Azərbaycanda keçirilən seçkiləri müşahidə edir.

YAP 83 ölkədən 109 siyasi partiyanı özündə birləşdirən IDC-CDI-nin tədbirlərində mütəmadi olaraq iştirak edir

Qeyd etdiyimiz kimi, bu günlərdə  Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyətinin Braziliya Federativ Respublikasına səfəri Mərkəzçi Demokrat İnternasionalının (IDC-CDI) dəvəti əsasında baş tutub. YAP 83 ölkədən 109 siyasi partiyanı özündə birləşdirən IDC-CDI-nin  müşahidəçi üzvü kimi təşkilatın tədbirlərində mütəmadi olaraq iştirak edir. YAP-ın təşkilatçılığı ilə müxtəlif illərdə Bakıda keçirilən, ümumilikdə, 10 beynəlxalq konfrans və tədbirdə onlarla ölkədən olan nüfuzlu siyasi partiyaların yüzlərlə nümayəndəsi qatılıb.

Bu dəfəki səfər çərçivəsində YAP nümmayəndə heyəti San-Paulu şəhərində IDC-CDI, Braziliyanın Sosial Demokrat Partiyasının (PSD) Demokratik Məkan Fondu və Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Demokratik müzakirə: sağ-mərkəzin siyasətdə körpülər qurması və həllər təklif etməsi” mövzusunda Forumda iştirak edib. Tədbirdə qlobal çağırışlar diqqət mərkəzində olub. Hazırda çox sürətlə yeni dünya nizamı formalaşmaqdadır  və bu proses ciddi kataklizmlərlə müşayiət olunur.  Dünya yeni müharibə riskləri ilə üz-üzədir. Milli dövlətlər üçün təhdidlər mövcuddur. Belə bir şəraitdə regional və qlobal təhlükəsizlik məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Forumda bildirilib ki, hazırda bəşəriyyətin sağlam gələcəyi naminə intensiv dialoqa ehtiyac duyulur və bu kontekstdə sosial məsuliyyət daşıyıcısı kimi siyasi partiyaların da üzərinə mühüm vəzifələr düşür. Qarşılıqlı faydalı əməkdaşlıq şəraitində milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə müxtəlif ölkələri təmsil edən siyasi partiyaların ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə səylərinin birləşdirilməsinin vacibliyi vurğulanıb.

“Dəyişikliklər dövründə ekstremal yanaşmalar arasında idarəetmə”, “Dəyişən dünyada sağ-mərkəz narrativi”, “Mürəkkəb problemlərə realist həllər” mövzularında panel sessiyaları ilə öz işini davam etdirən Forumda, həmçinin müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik institutların gücləndirilməsi, media və vətəndaş cəmiyyəti təsisatlarının dəstəklənməsi, eləcə də xalqlar arasında körpülərin qurulması üçün ideoloji qütbləşmənin azaldılması, etnik zəmində münaqişələrin qarşısının alınması və sivilizasiyalararası dialoqun təşviqində siyasi partiyaların rolu məsələləri müzakirə olunub.

Səfər zamanı, həmçinin YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyası Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara və Macarıstanın hakim Fides partiyasının vitse-prezidenti, Avropa Parlamentinin üzvü Kinqa Qal ilə görüşüb. Görüşlər zamanı partiyalararası əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kubada imzalanan hakim partiyaların ortaq hədəflərinin əks olunduğu Əməkdaşlıq Sazişi

Kubaya səfər çərçivəsində Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudes YAP nümayəndə heyətini qəbul edib.  Azərbaycanla Kuba arasında münasibətlər tarixi köklərə əsaslanır. Bu münasibətlərin möhkəmlənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun müstəsna xidmətləri olub. Azərbaycanla Kuba arasında diplomatik münasibətlər 27 mart 1992-ci il tarixində qurulub. İndiyədək iki ölkə arasında təxminən 10 sənəd imzalanıb. Bu gün ölkələrarası münasibətlər səmimi dostluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanmaqla uğurla inkişaf edir. Eyni zamanda, fəal siyasi dialoq şəraitində iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq üçün mühüm potensial mövcuddur.

Azərbaycan və Kuba ikitərəfli dialoqla yanaşı, beynəlxalq platformalarda, o cümlədən də BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində də səmərəli işbirliyini davam etdirirlər. Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyinə dair BMT Baş Assambleyasında müzakirəyə çıxarılan qətnamə layihələrinin lehinə Azərbaycan hər zaman səs verib. Həmçinin Kuba ölkəmizin regionda sülh, sabitlik və təhlükəsizlik məsələlərinə dair haqlı və ədalətli mövqeyini bölüşür. Görüşdə bütün bu kimi məqamlar xatırlanaraq iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla bir-birinin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verdikləri xüsusi vurğulanıb.

Azərbaycan-Kuba münasibətlərinin gələcək inkişafında hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının rolu diqqətə çatdırılıb, təmaslar və qarşılıqlı səfərlərin faydalı təcrübə mübadiləsinin aparılması, eləcə də məhsuldar işbirliyinin gücləndirilməsi nöqteyi-nəzərindən önəmi qeyd olunub.

Səfər çərçivəsində YAP nümayəndə heyəti bir sıra digər görüşlərə də qatılıb. Həmçinin Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi də imzalanıb. Sazişi YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz imzalayıblar.

Partiyalar arasında çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və mühüm prioritetləri müəyyənləşdirən Əməkdaşlıq Sazişinin imzalanmasının dövlətlər arasındakı əlaqələrin mühüm tərkib hissəsi kimi partiyalararası münasibətlərdə yeni mərhələnin əsasını qoyacağı və çoxşaxəli əməkdaşlığa xidmət edən siyasi-hüquqi əsasları möhkəmləndirəcəyi vurğulanıb. İki dost ölkənin maraqlarının və hakim partiyaların ortaq hədəflərinin əks olunduğu Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində ortaq hədəflərin gerçəkləşdiriləcəyinə əminlik ifadə olunub.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri