Icma.az
close
up
RU
YAP ın əldə etdiyi qələbələr dövlətçilik ideyalarına sədaqətinin təsdiqidir

YAP ın əldə etdiyi qələbələr dövlətçilik ideyalarına sədaqətinin təsdiqidir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan şəhərində keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və bu qərar ölkəmizin taleyində dönüş nöqtəsi oldu. O ağır və keşməkeşli dövrdə Azərbaycanı düşdüyü böhrandan çıxarmaq üçün milli məsuliyyət hissi ilə hərəkət edən ziyalıların təşəbbüsü Ulu Öndər Heydər Əliyevin liderliyi ilə böyük siyasi hərəkatın başlanğıcını qoydu. “91-lər”in Ulu öndərə müraciəti təkcə bir qrup ziyalının yox, bütün xalqın səsini ifadə edirdi. Məhz bu qətiyyətli addım nəticəsində dağıdıcı proseslərin qarşısı alındı və Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün yeni siyasi mərhələ açıldı. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə verdiyi müdrik cavab YAP-ın yaradılmasının obyektiv zərurət olduğunu təsdiqlədi, ölkənin gələcək inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirdi".

Bu fikirləri 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki, 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında partiyanın Proqramı, Nizamnaməsi qəbul edildi və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bununla da dövlətçilik ideyalarını özündə birləşdirən, Azərbaycan xalqını ümummilli məqsədlər ətrafında birləşdirən siyasi güc formalaşdı. YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi və Ulu öndərin rəhbərliyi ilə “dünənin, bu günün və sabahın partiyası” kimi mövqeyini möhkəmləndirdi: "Ötən illər ərzində YAP siyasi sabitliyin, inkişafın, dövlətçilik ənənələrinin və milli həmrəyliyin təminatçısı kimi tarixə mühüm səhifələr yazdı. Demokratik siyasi mədəniyyətin inkişafında, siyasi dialoqun güclənməsində və yeni siyasi konfiqurasiyanın formalaşmasında partiyanın rolu danılmazdır Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi xəttinin uğurlu davamçısı kimi fəaliyyətini yeni reallıqlar fonunda daha da təkmilləşdirir. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın inkişafında mühüm mərhələ oldu, yeni Nizamnamə, yeni idarəetmə strukturu və strateji hədəflər təsdiqləndi. Hörmətli Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsi isə həm yüksək siyasi etimadın, həm də Azərbaycan qadınının cəmiyyətdəki rolunun dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.

YAP-ın qəbul etdiyi yeni Proqram müasir çağırışlara adekvat olaraq hazırlanan konseptual sənəddir. Burada siyasi dəyərlər, partiyadaxili münasibətlər, strateji hədəflər Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat, inklüziv cəmiyyət, milli maraqların müdafiəsi və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi prioritetlər xüsusi yer alır. Partiyamız həmçinin ölkədə siyasi dialoqun genişlənməsinə daim töhfə verib. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə fərqli fikir ola bilməz” tezisi milli həmrəyliyin dövlət siyasətində əsas prinsip kimi qəbul edildiyini nümayiş etdirir. Ölkəmizdə keçirilmiş seçkilərin nəticələri də xalqımızın Yeni Azərbaycan Partiyasına yüksək etimadını aydın şəkildə göstərir. 2024-cü il prezident seçkilərində, eləcə də parlament və bələdiyyə seçkilərində YAP-ın əldə etdiyi qələbələr xalqın gələcəyə inamının, dövlətçilik ideyalarına sədaqətinin təsdiqidir. Bugünkü inkişafımız, əldə etdiyimiz nailiyyətlər, beynəlxalq arenadakı möhkəm mövqeyimiz və Qarabağın dirçəlişi Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi kursun nə qədər düşünülmüş və milli maraqlara söykənən bir yol olduğunu bir daha sübut edir. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin tərəqqisi, milli birliyimiz və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini qətiyyətlə davam etdirəcək".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri