Icma.az
close
up
RU
YAP ın qalibiyyət marafonunun yeni mərhələsi

YAP ın qalibiyyət marafonunun yeni mərhələsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinə, milli maraqlara və müstəqilliyin qorunması prinsiplərinə tam sadiqlik nümayiş etdirmişdir. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsi, iqtisadi tərəqqi və xalqın rifahının yüksəldilməsi ilə birbaşa bağlıdır.

Qurultay iştirakçısı, Bakı şəhəri, Nizami rayon Məzahir Rüstəmov adına 32 saylı məktəbin direktoru, Əməkdar müəllim Sevda Abdullayeva bildirdi ki, məktəbin pedaqoji kollektivi olaraq üzərimizə düşən məsuliyyəti dərindən anlayırıq. Məqsədimiz yalnız yüksək nəticə göstərən şagird deyil, yüksək düşüncəli, milli dəyərlərə bağlı, dünyagörüşlü və müasir Azərbaycan vətəndaşı yetişdirməkdir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayındankı çıxışında Prezident İlham Əliyevin vurğuladığı xüsusi bir məqam təhsil işçiləri üçün böyük əhəmiyyət daşıyır: ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin və vətənpərvərliyin aparıcı rol oynaması. Dövlət başçısı bildirdi ki, xalq nə qədər təhsilli, bilikli və savadlı olarsa, yalanlara, şayiələrə və ideoloji təxribatlara bir o qədər az məruz qalar. Bu fikir müasir məktəbin missiyasını çox dəqiq ifadə edir. Çünki məktəb yalnız bilik verən müəssisə deyil, həm də düşünən, müqayisə edən, doğru ilə yanlışı ayırd edə bilən, milli dəyərlərinə bağlı və müasir dünyanın çağırışlarını anlayan vətəndaş yetişdirən mühüm institutdur.

Bu gün informasiya məkanı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər genişdir. Şagird bir məlumatı yalnız dərslikdən deyil, internetdən, sosial şəbəkələrdən, müxtəlif rəqəmsal platformalardan da əldə edir. Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə şagirdlərə yalnız məlumatı yadda saxlamağı deyil, həm də məlumatı təhlil etməyi, mənbəni yoxlamağı və manipulyasiyanı müəyyənləşdirməyi də öyrətməliyik.

Ona görə müasir məktəbin qarşısında duran vəzifələrdən biri informasiya savadlılığını yüksəltməkdir. Şagird bilməlidir ki, internetdə yayılan hər məlumat həqiqət deyil. O, mənbəyə baxmağı, faktı yoxlamağı, emosional və manipulyativ məzmundan uzaq durmağı bacarmalıdır. Bu, təkcə təhsil məsələsi deyil, eyni zamanda, milli təhlükəsizlik məsələsidir.

İkinci mühüm istiqamət şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsidir. Biz gənc nəslə Azərbaycanın Zəfər tarixini düzgün və obyektiv şəkildə çatdırmalıyıq. 44 günlük Vətən müharibəsinin, 8 Noyabr Zəfərinin və 20 Sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasının mahiyyəti şagirdlərə yalnız tarixi hadisə kimi deyil, dövlətçilik məsuliyyəti kontekstində izah edilməlidir. Bu tarixləri bilmək bizim üçün milli yaddaş məsələsidir.

Vətənpərvərlik yaxşı oxumaq, elm öyrənmək, peşəyə vicdanla yiyələnmək, qanunlara hörmət etmək, ölkənin inkişafına öz əməyinlə töhfə verməkdir. Biz məktəbdə məhz belə vətənpərvərlik anlayışını formalaşdırmalıyıq. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır, yeni şəhərlər, kəndlər salınır, məktəblər, müəssisələr yaradılır. Qarşıdakı illərdə ölkənin inkişafı üçün yüksəkixtisaslı mühəndislərə, müəllimlərə, həkimlərə, proqramçılara, alimlərə, sahibkarlara ehtiyac daha da artacaq. Deməli, bu gün məktəb partası arxasında əyləşən şagird Azərbaycanın sabahının qurucusudur.

İnanıram ki, Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi yeni ideoloji və ictimai vəzifələrin həyata keçirilməsində təhsil sistemi xüsusi rol oynayacaq. Biz müəllimlər bu prosesdə öz məsuliyyətimizi dərk edir və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırıq.

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin son illərdə keçdiyi şərəfli yolu, qazandığı tarixi Zəfərləri və qarşıda duran yeni hədəfləri bir daha aydın şəkildə ortaya qoydu. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, YAP Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni tarixi mərhələdə öz fəaliyyətinin gələcək istiqamətlərini müəyyənləşdirildi. Ötən müddətdə görülən işlərin, qarşıya qoyulan vəzifələrin icra vəziyyəti müzakirə olundu və yeni vəzifələr müəyyənləşdirdi. Cənab İlham Əliyevin qurultaydakı nitqi hər bir Azərbaycan vətəndaşı və hər partiya üzvü üçün yol xəritəsi oldu.

VIII qurultay qarşıdakı dövr üçün yeni hədəfləri də müəyyənləşdirdi. Bu hədəflər sırasında qüdrətli dövlətin daha da gücləndirilməsi, iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi xüsusi yer tutur.

VIII qurultayda qarşıdakı dövr üçün müəyyənləşdirilən istiqamətlər arasında Azərbaycanın əldə etdiyi Qələbənin qorunması, davamlı sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın daha da gücləndirilməsi, insan kapitalının inkişafı, gənclər üçün yeni imkanların yaradılması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrinin müasir dövrün tələbləri ilə uzlaşdırılması, milli maraqların qorunması və gələcək nəsillər üçün daha güclü dövlətin formalaşdırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir. VIII qurultay da bu baxımdan tarixi irslə müasir reallıqları və gələcək hədəfləri birləşdirən mühüm siyasi mərhələ kimi xüsusi əhəmiyyət daşıyır.

Əli SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri