Icma.az
close
up
RU
YAP: Milli siyasətin yenidən qurulması DEPUTAT DANIŞDI

YAP: Milli siyasətin yenidən qurulması DEPUTAT DANIŞDI

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

21 noyabr - Yeni Azərbaycan Partiyasının təsis olunması dövlətimizin tarixində əbədi xatırlanacaq xilas günlərindən biridir. Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabr tarixində Azərbaycanın ən çətin və keşməkeşli günlərində, ölkənin ağır siyasi və iqtisadi böhran içində olduğu bir vaxtda dövlətin gələcəyini düşünən ziyalıların və milli maraqlara sadiq insanların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Partiyanın yaranması Heydər Əliyev kimi peşəkar siyasətçinin ətrafında birləşərək dövlətin inkişafına yönəlmiş yeni bir siyasi qüvvə formalaşdırmaq məqsədi daşıyırdı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Ziyafət Əsgərov deyib.O bildirib ki, Azərbaycanın ən yeni tarixinə “91-lər” kimi düşmüş vətənsevər ziyalılarımızın təşəbbüsü iləYeni Azərbaycan Partiyasının yaradılmasının başlanğıcı qoyulmuşdur. Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı iləkeçirildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə ölkəmizin aparıcı siyasi qüvvəsi - Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı.Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, Ulu Öndərin mükəmməl şəkildə obrazlı ifadə etdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası”dır. Ölkəmizin keçdiyi inkişaf yolu və bu günkü qüdrəti özü bu fikri təsdiq edir. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq nəinki ölkəmizin, o cümlədən, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın gələcək inkişafında sözün əsl mənasında yol göstərən aparıcı siyasi qüvvə rolunu oynadı. Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası milli həmrəyliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin edilməsində və Azərbaycanın müstəqil dövlət quruculuğunda əvəzsiz rol oynadı. YAP Azərbaycanın demokratik siyasi mədəniyyətinə mühüm töhfələr verdi. Hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırmaq istiqamətində partiyanın fəaliyyəti yeni siyasi ənənələrin yaranmasına səbəb oldu.Yeni Azərbaycan Partiyasının hər bir qurultayı Azərbaycanın siyasi həyatında hər zaman mühüm hadisə olmuşdur. 2005 – ci il 26 mart tarxi isə partiyanın siyasi təqvimində xüsusi əhəmiyyət daşıyır. Çünki məhz həmin tarixdə keçirilən III qurultayda Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı İlham Əliyev YAP-ın sədri seçilmişdir. İlham Əliyevin rəhbərliyi ilə YAP həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm uğurlar qazandı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti və proqramı milli maraqlara, qanunun aliliyinə və dövlətçiliyə əsaslanır. YAP-ın strateji hədəfləri sırasında güclü iqtisadiyyatın qurulması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və işğaldan azad olunmuş ərazilərin bərpası kimi məsələlər mühüm yer tutur. YAP beynəlxalq səviyyədə də Azərbaycanın milli maraqlarını uğurla müdafiə edən siyasi partiyadır.Partiyanın siyasi təqvimində 5 mart 2021-ci il tarixində keçirilmiş VII Qurultay da xüsusi yer tutur. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və ən əsası YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir. Əvvəlki Nizamnamənin qəbul edilməsindən keçən müddət ərzində dünyada və ölkəmizdə baş verən dəyişiklikləri nəzərə alsaq, qazandığımız uğurlar, yaratdığımız yeni reallıqlar, müasir dövrün yeni çağırışları Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsini şərtləndirirdi.2021-ci ildə keçirilən YAP-ın VII qurultayı partiyanın qarşısında yeni vəzifələr müəyyən etdi. Yeni proqram və nizamnamə ilə partiyanın müasir dövrün çağırışlarına cavab verən bir güc mərkəzinə çevrilməsi məqsədi qoyuldu. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi isə Azərbaycanın dövlət siyasətində qadınların önəmli rolunu göstərdi.Partiyamızın fəaliyyətinin əsasını təşkil edəndigər mühüm bir prinsip isə siyasi dialoqdur. Yeni Azərbaycan Partiyası həm iqtidar, həm də ölkənin ən böyük partiyası kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. Yeni Azərbaycan Partiyası iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına da xidmət edir. 2021-ci ilin21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.Müasir beynəlxalq münasibətlər sistemində güc faktoru və siyasi dinamika əhəmiyyətini qoruyub saxlayır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın milli maraqlarını müdafiə edərək dövlətimizin xarici siyasət prioritetlərini strateji və adekvat şəkildə formalaşdırır. Partiyamızın fəaliyyəti beynəlxalq əməkdaşlıq mexanizmlərinin inkişafına töhfə verərək, Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakını təmin edir. Azərbaycanın dayanıqlı inkişaf modelində, xüsusilə enerji diplomatiyası və iqtisadi əməkdaşlıq sahələrində YAP-ın rolu böyükdür.YAP-ın müəyyən etdiyi strateji hədəflər Azərbaycanın ümumi inkişafını təmin etmək məqsədini güdür. Bu hədəflər arasında güclü iqtisadiyyatın qurulması, sosial ədalətin təminatı, şəffaflığın artırılması və mədəni irsin qorunması xüsusi yer tutur. Xüsusilə “Böyük Qayıdış” proqramı işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı üçün nəzərdə tutulan ən mühüm strateji istiqamətlərdəndir. Bu hədəflərin həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti və YAP - ın sədri İlham Əliyevin liderliyi ilə ölkənin iqtisadi, sosial və siyasi inkişafında əsaslı irəliləyişlərə nail olunmasına zəmin yaratmışdır.Yeni Azərbaycan Partiyası müasir dövrdə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını təmin edən ən güclü qüvvələrdən biridir. Partiyamızın müəyyən etdiyi strateji hədəflər və prinsiplər dövlətimizin milli maraqlarına və müasir dövrün çağırışlarına uyğun olaraq formalaşdırılmışdır. YAP-ın liderliyi ilə ölkəmizinin kişafı və xalqın rifahının təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın gələcək nəsilləri üçün güclü və dayanıqlı təməl yaradacaqdır.Partiyamızın keçdiyi 32 illik şərəfli yol, onun xalqın və dövlətin maraqlarına sadiqliyinin sübutudur. Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycanın inkişafında mühüm siyasi qüvvə olaraq öz mövqeyini qoruyur və gələcəyə inamla addımlayır.

Müəllif: Səbinə Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri