Icma.az
close
up
RU
Heydər Əliyev milli siyasətin təməlini qoydu DEPUTAT DANIŞDI

Heydər Əliyev milli siyasətin təməlini qoydu DEPUTAT DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Cənubi Qafqazda və beynəlxalq münasibətlər sistemində elə bir mövqe müəyyən edib ki, bu mövqe yalnız ümumi əməkdaşlığa, xalqların rifahına və sülhə əsaslanır. Şübhəsiz ki, bütün bu reallıqların təməlində Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasət dayanır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə,1993-cü ildə Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdi: "Ümummilli Lider Heydər Əliyev həm də regional aktorlarla münasibətləri normallaşdırmağı əsas tutdu. Məhz bu düşünülmüş siyasət uğurlarımızın açarı oldu. Azərbaycan xalqının resursları milli maraqlar baxımından istifadə olundu.

Müstəqilliyimizi ikinci dəfə əldə etməklə və dövlət təsisatlarını demək olar ki, ikinci dəfə sıfırdan formalaşdırmaqla bütün dünyaya göstərdik ki, dövlət yaratmaq istiqamətində həm əzmimiz, həm də təcrübəmiz var. Cənab Prezident İlham Əliyev tərəfindən Müstəqillik Gününün yenidən bərpa edilməsini vurğulayan tarixi və uzaqgörən qərar da məhz bu amillərlə bağlı idi. Müstəqilliyimiz müxtəlif illərdə baş verən ictimai-siyasi proseslər nəticəsində əlimizdən alınsa da, Azərbaycan xalqı tarix boyu təslim olmadı.

Bu xarakter üzərində formalaşan böyük və qürurlu xalq öz ərazilərini azad etdi, ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandanın siyasətini dəstəklədi. Şübhəsiz ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanır. Ulu Öndər tərəfindən formalaşdırılan “Azərbaycançılıq” ideologiyası ümumxalq ideologiyasıdır.

Heydər Əliyev Azərbaycan xalqını sadəcə vahid və yetkin ideologiya ətrafında birləşdirmədi, həm də dövlət qurumlarını yenidən formalaşdırdı və Azərbaycanda hakimiyyətin mərkəzləşmiş formada fəaliyyətini təmin etdi. Ordu quruculuğu, iqtisadiyyatımızın inkişafı, beynəlxalq münasibətlərdə layiqli yerimizin təmin olunması – bütün bunlar Heydər Əliyev kimi dahi bir siyasətçinin adı ilə bağlıdır. Regional siyasətə verilən önəm cənab Prezident İlham Əliyev tərəfindən də hər zaman davam etdirilib. Bunun nəticəsidir ki, regional layihələrdə hər bir tərəf iştirak etməyə can atır. Böyük Zəfərdən dərhal sonra regional əməkdaşlığı təşviq etmək üçün bir neçə platforma təklif etdik. Bu gün bu platformalara can atan tərəflər Azərbaycanın roluna xüsusi toxunurlar. Azərbaycan etimad göstərilən tərəf, Lideri isə geniş vizyona sahib olan liderdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan cəmiyyətini ideoloji baxımdan gücləndirməyə xüsusi önəm verirdi. Bu yol Müzəffər Ali Baş Komandan tərəfindən də uğurla izlənir. Xalqımız tarixini heç zaman unutmamalı, habelə inkişaf yolundan da yayınmamalıdır. Ümummilli Lider Heydər Əliyevin idealları cənab Prezident İlham Əliyev və Azərbaycan xalqı tərəfindən yaşadılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri