Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

YAP: Milli siyasətin yenidən qurulması

YAP: Milli siyasətin yenidən qurulması

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

21 noyabr - Yeni Azərbaycan Partiyasının təsis olunması dövlətimizin tarixində əbədi xatırlanacaq xilas günlərindən biridir.Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabr tarixində Azərbaycanın ən çətin və keşməkeşli günlərində, ölkənin ağır siyasi və iqtisadi böhran içində olduğu bir vaxtda dövlətin gələcəyini düşünən ziyalıların və milli maraqlara sadiq insanların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Partiyanın yaranması Heydər Əliyev kimi peşəkar siyasətçinin ətrafında birləşərək dövlətin inkişafına yönəlmiş yeni bir siyasi qüvvə formalaşdırmaq məqsədi daşıyırdı.

Azərbaycanın ən yeni tarixinə “91-lər” kimi düşmüş vətənsevər ziyalılarımızın təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının başlanğıcı qoyulmuşdur. Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Beləliklə, Ümumilli Lider Heydər Əliyevin sədrliyi ilə ölkəmizin aparıcı siyasi qüvvəsi - Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı.
Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, Ulu Öndərin mükəmməl şəkildə obrazlı ifadə etdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası”dır. Ölkəmizin keçdiyi inkişaf yolu və bu günkü qüdrəti özü bu fikri təsdiq edir. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq nəinki ölkəmizin, o cümlədən, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın gələcək inkişafında sözün əsl mənasında yol göstərən aparıcı siyasi qüvvə rolunu oynadı. Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası milli həmrəyliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin edilməsində və Azərbaycanın müstəqil dövlət quruculuğunda əvəzsiz rol oynadı. YAP Azərbaycanın demokratik siyasi mədəniyyətinə mühüm töhfələr verdi. Hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırmaq istiqamətində partiyanın fəaliyyəti yeni siyasi ənənələrin yaranmasına səbəb oldu.
Yeni Azərbaycan Partiyasının hər bir qurultayı Azərbaycanın siyasi həyatında hər zaman mühüm hadisə olmuşdur. 2005 – ci il 26 mart tarxi isə partiyanın siyasi təqvimində xüsusi əhəmiyyət daşıyır. Çünki məhz həmin tarixdə keçirilən III qurultayda Ümumulli Liderin siyasi irsinin layiqli davamçısı İlham Əliyev YAP-ın sədri seçilmişdir. İlham Əliyevin rəhbərliyi ilə YAP həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm uğurlar qazandı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti və proqramı milli maraqlara, qanunun aliliyinə və dövlətçiliyə əsaslanır. YAP-ın strateji hədəfləri sırasında güclü iqtisadiyyatın qurulması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və işğaldan azad olunmuş ərazilərin bərpası kimi məsələlər mühüm yer tutur. YAP beynəlxalq səviyyədə də Azərbaycanın milli maraqlarını uğurla müdafiə edən siyasi partiyadır.
Partiyanın siyasi təqvimində 5 mart 2021-ci il tarixində keçirilmiş VII Qurultay da xüsusi yer tutur. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və ən əsası YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir. Əvvəlki Nizamnamənin qəbul edilməsindən keçən müddət ərzində dünyada və ölkəmizdə baş verən dəyişiklikləri nəzərə alsaq, qazandığımız uğurlar, yaratdığımız yeni reallıqlar, müasir dövrün yeni çağırışları Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsini şərtləndirirdi.
2021-ci ildə keçirilən YAP-ın VII qurultayı partiyanın qarşısında yeni vəzifələr müəyyən etdi. Yeni proqram və nizamnamə ilə partiyanın müasir dövrün çağırışlarına cavab verən bir güc mərkəzinə çevrilməsi məqsədi qoyuldu. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi isə Azərbaycanın dövlət siyasətində qadınların önəmli rolunu göstərdi.
Partiyamızın fəaliyyətinin əsasını təşkil edən digər mühüm bir prinsip isə siyasi dialoqdur. Yeni Azərbaycan Partiyası həm iqtidar, həm də ölkənin ən böyük partiyası kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. Yeni Azərbaycan Partiyası iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına da xidmət edir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.
Müasir beynəlxalq münasibətlər sistemində güc faktoru və siyasi dinamika əhəmiyyətini qoruyub saxlayır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın milli maraqlarını müdafiə edərək dövlətimizin xarici siyasət prioritetlərini strateji və adekvat şəkildə formalaşdırır. Partiyamızın fəaliyyəti beynəlxalq əməkdaşlıq mexanizmlərinin inkişafına töhfə verərək, Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakını təmin edir. Azərbaycanın dayanıqlı inkişaf modelində, xüsusilə enerji diplomatiyası və iqtisadi əməkdaşlıq sahələrində YAP-ın rolu böyükdür.
YAP-ın müəyyən etdiyi strateji hədəflər Azərbaycanın ümumi inkişafını təmin etmək məqsədini güdür. Bu hədəflər arasında güclü iqtisadiyyatın qurulması, sosial ədalətin təminatı, şəffaflığın artırılması və mədəni irsin qorunması xüsusi yer tutur. Xüsusilə “Böyük Qayıdış” proqramı işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı üçün nəzərdə tutulan ən mühüm strateji istiqamətlərdəndir. Bu hədəflərin həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti və YAP - ın sədri İlham Əliyevin liderliyi ilə ölkənin iqtisadi, sosial və siyasi inkişafında əsaslı irəliləyişlərə nail olunmasına zəmin yaratmışdır.
Yeni Azərbaycan Partiyası müasir dövrdə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını təmin edən ən güclü qüvvələrdən biridir. Partiyamızın müəyyən etdiyi strateji hədəflər və prinsiplər dövlətimizin milli maraqlarına və müasir dövrün çağırışlarına uyğun olaraq formalaşdırılmışdır. YAP-ın liderliyi ilə ölkəmizin inkişafı və xalqın rifahının təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın gələcək nəsilləri üçün güclü və dayanıqlı təməl yaradacaqdır.
Partiyamızın keçdiyi 32 illik şərəfli yol, onun xalqın və dövlətin maraqlarına sadiqliyinin sübutudur. Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycanın inkişafında mühüm siyasi qüvvə olaraq öz mövqeyini qoruyur və gələcəyə inamla addımlayır.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri