Icma.az
close
up
RU
YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat seçki iclası keçirilib

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat seçki iclası keçirilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 19” (Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə ilk öncə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris işləri üzrə direktor müavini Fuad Əliyev giriş sözü ilə çıxış edərək partiya üzvlərini salamlayıb və iclasın gündəliyi haqda məlumat verib. F. Əliyev cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin, şərəfli yoldan danışıb. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib.  

Mərkəzin Tədris şöbəsinin müdiri Nəzakət Allahverdiyeva geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.

Çıxışlardan sonra gündəlikdə olan məslələrə baxılıb. Gündəlikdə olan əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsinə zərurətin yaranması olub.
Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Nəzakət Allahverdiyeva ərazi partiya təşkilatının sədri, Amin Nuriyev isə sədr müavini seçiliblər.

İclasda Yeni Azərbaycan Partiyasının sədr müavini Anar Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. A. Abbasov bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir. Anar Abbasov yeni seçilən heyətə uğurlar arzulayıb və öz tövsiyyələrini verib.

Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında, eyni zamanda 2024-cü ildə ölkədə keçirilən seçkilərdə fəallığı ilə seçilən üzvlərə Təşəkkürnamə təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri