Icma.az
close
up
RU
YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat iclası keçirilib

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat iclası keçirilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 10” ünvanlı (ETSN Milli Hidrometeorologiya Xidməti) ərazi partiya təşkilatında 2024-cü ildə görülmüş işlərə dair hesabat iclası keçirilib.

İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov, təşkilatın əməkdaşları, ƏPT üzvləri iştirak ediblər.

İclasdan əvvəl Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə qeyd edilərək Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi, “Heydər Əliyev prospekti 10” ünvanlı ƏPT-nin sədri Nazim Mahmudov açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. N. Mahmudov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.

İclasda çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası 33 ilə yaxın müddətdir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. E. Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Təşkilat sədri ərazi partiya təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin işinə uğurlar arzulamışdır.

Hesabat məruzəsi ətrafında çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və ƏPT-nin sədr müavini Aybəniz Xəlilova təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında, eyni zamanda 2024-cü ildə ölkədə keçirilən seçkilərdə fəallığı ilə seçilən üzvlərə Təşəkkürnamə təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri