YAP Nəsimi rayon təşkilatı iclas keçirdi FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Süleyman Rüstəm küçəsi 31 (MİDA) üzrə ərazi partiya təşkilatında iclas keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlər, xüsusilə tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.
İclasda təşkilati məsələlələrə də baxılıb, Ceyhun Hüseynov ərazi partiya təşkilatının sədri, Elçin Məmmədov isə sədr müavini seçilib.
Yığıncağın sonunda tədbir iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıblar.
Baxış sayı:123
Bu xəbər 24 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















