Icma.az
close
up
RU
YAP Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm və inşa müsabiqəsi keçirib

YAP Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm və inşa müsabiqəsi keçirib

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda rəsm və inşa müsabiqəsi keçirib.Əvvəlcə Nizami rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və başqaları çıxış ediblər.
Qeyd olunub ki, rəsm və inşa müsabiqəsində Nizami rayonunun 26 təhsil müəssisəsindən ümumilikdə 120 nəfərədək şagird və tələbə iştirak edib. Müsabiqələrin qaliblərini müəyyənləşdirmək üçün təhsil müəssisələrinin təşkilatçı rəhbərlərindən ibarət münsiflər heyətinin iştirakı ilə təqdim olunmuş işlər dəyərləndirilib.
Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Ümumilikdə 26 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə 229 saylı tam orta məktəbin X sinif şagirdi Sevgi Rəşad qızı Məmmədova, ikinci yerlərə 8 saylı UGYM-in tələbəsi Leyla Rövşən qızı Həsənova, 201 saylı tam orta məktəbin VIII sinif şagirdi Rövşanə Rövşən qızı Quliyeva, üçüncü yerlərə isə 10 saylı tam orta məktəbin X sinif şagirdi Nemət Qorxmaz oğlu Babayev və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdi Nuray Hüseyn qızı Nəbiyeva layiq görülüblər.
90 nəfərin iştirak etdiyi inşa müsabiqəsində isə birinci yerin qalibi 1 nömrəli idman liseyi PHŞ-nin VIII sinif şagirdi Zibeydə Nizaməddin qızı Nəsibova, ikinci yerin qalibləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Aynur Qurban qızı Həsənova, 250 saylı tam orta məktəbin VII sinif şagirdi Banu Murad qızı Allahverdiyeva, III yerin qalibləri UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Aytac Bakir qızı Süleymanova, 251 saylı tam orta məktəbin VIII sinif şagirdi Səma Orxan qızı Ağasoy və 229 saylı tam orta məktəbin VI sinif şagirdi İbrahim Etibar oğlu Həbibzadə olublar.
Qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub. 110 nəfərədək müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see175

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri