Icma.az
close
up
RU
YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edib.
Newscenter.az xəbər verir ki, aprelin 23-də YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy ilə nümayəndə heyətlərinin rəhbərləri arasında keçirilən görüşdə iştirak edib. Ma Sinjuy Çinin Foruma dəvət olunmuş bütün siyasi partiyaların təmsil etdikləri ölkələrlə istər ikitərəfli, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.
Daha sonra nümayəndə heyəti Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun açılış mərasimində və plenar sessiyasında iştirak edib. 23 ölkədən 200 nəfərə yaxın nümayəndənin iştirak etdiyi Forumun açılış mərasimində Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev, eləcə də bir sıra üzv ölkələrin siyasi partiya təmsilçilərinin çıxışlarında 2001-ci ildə yaradılmış ŞƏT-in bugünədək keçdiyi inkişaf yoluna nəzər salınaraq təşkilatın Avrasiyada siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafa verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd olunub ki, ŞƏT-in daimi sülh və çoxtərəfli işbirliyini təşviq edən beynəlxalq təşkilat kimi nüfuzunun artması onun üzvləri və tərəfdaşlarının sayının çoxalmasını da şərtləndirib.
YAP nümayəndə heyəti Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançaonun adından verilən rəsmi ziyafətə də qatılıb.
Səfər çərçivəsində, həmçinin nümayəndə heyətinin Urumçi Şəhər Planlaşdırılması Muzeyi, Urumçi Şəhər İdarəetmə Mərkəzi, Urumçidəki Beynəlxalq Sərgi və Konfrans Mərkəzindəki terrorizm və ekstremizmlə mübarizə sərgisi ilə tanışlığı olub. Eyni zamanda, muxtar rayonun Çantsi şəhərində elektrik enerjisinin ötürülməsi və transformasiyası üçün avadanlıqlar istehsal edən TBEA şirkətinin qərargahı və Sincan Kənd Təsərrüfatı Sərgi Parkına ziyarət təşkil edilib.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev daxildir.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Aprel 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri