Icma.az
close
up
RU
YAP Qaradağ rayonunun Ələt qəsəbəsində müşavirə keçirilib

YAP Qaradağ rayonunun Ələt qəsəbəsində müşavirə keçirilib

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
Oktyabrın 27-də Qaradağ rayonunun Ələt qəsəbəsində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə keçirilən müşavirədə partiyanın rayon təşkilatının sədri İlqar İlyasov qəsəbədə yerləşən müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, partiya fəalları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Müşavirəni açan YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov Prezident İlham Əliyevin qurultaydakı nitqinin yalnız ölkəmizin müstəqilliyin bərpasından sonra əldə etdiyi uğurların deyil, həmçinin Azərbaycanın gələcək inkişafı, qarşıda duran vəzifələri də əhatə etməsi baxımından əhəmiyyətli olduğunu bildirib. YAP rayon təşkilatının sədri qeyd edib ki, müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, həm də cəmiyyətin intellektual səviyyəsi, elmi nailiyyətləri və insan kapitalının inkişafı ilə müəyyən olunur. İlqar İlyasov vurğulayıb ki, təhsil müəssisələri gənclərin peşəkar mütəxəssis kimi hazırlanması ilə yanaşı, onların milli dövlətçilik düşüncəsinin, vətənpərvərlik hisslərinin və müstəqil dünyagörüşünün formalaşmasında da mühüm rol oynamalıdır.
YAP rayon təşkilatının sədri diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın iqtisadi gücünün və müstəqil dövlətçilik siyasətinin mühüm göstəricisidir.
İlqar İlyasov bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da sosial-iqtisadi inkişafın təmin edilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Rayonun sənaye potensialının inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, məşğulluq imkanlarının genişləndirilməsi dövlətimizin həyata keçirdiyi regional inkişaf siyasətinin tərkib hissəsidir.
YAP rayon təşkilatının sədri çıxışında Prezident İlham Əliyevin qurultayda xüsusi diqqət yetirdiyi ideoloji təhlükəsizlik məsələlərinə də geniş yer ayırıb. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və müxtəlif ideoloji təsir vasitələri milli təhlükəsizlik sahəsində yeni çağırışlar yaradır. Dövlət başçısının “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” fikrini xatırladan İlqar İlyasov milli-mənəvi dəyərlərin, ictimai həmrəyliyin və gənc nəslin sağlam dünyagörüşünün qorunmasında ictimai institutların birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
YAP rayon təşkilatının sədri əmin olduğunu bildirib ki, Qaradağ rayonunun bütün əhalisi kimi, Ələt qəsəbəsinin sakinləri də partiyanın VIII qurultayında qaldırılan məsələlərin icrası üçün əzmlə çalışacaqlar.
Tədbirdə çıxış edən 302 №-li tam orta məktəbin tarix müəllimi Arzu Babayeva bildirib ki, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilən VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyır. Arzu Babayeva qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın davamlılığı, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib.
Müşavirədə çıxış edən Ələt bələdiyyəsinin sədri Naidə Məmmədova
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun siyasi və iqtisadi baxımdan güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi potensialının güclənməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi bu inkişaf modelinin mühüm nəticələridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri