Icma.az
close
up
RU
YAP tədbir keçirib

YAP tədbir keçirib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə tədbir keçirib.

SİA xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, rayon təşkilatının və partiyanın sosial media üzrə nümayəndələri, YAP Yasamal rayon təşkilatının aktiv gəncləri və fəalları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünün qeyd olunduğu 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu il Azərbaycanın qarşısında açılan yeni imkanlar və formalaşan perspektivlər dövlətçilik tariximizin mühüm uğurlarının məntiqi davamıdır.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli qeyd edib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunmuş Qələbənin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il – “Konstitusiya və Suverenlik İli” Azərbaycanın qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər – siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə – daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və dövlətçilik dəyərlərinin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün bütün dünya azərbaycanlılarını vahid amal və məqsəd ətrafında birləşdirir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etdirilən dövlət siyasətinin əsas qayələrindən biri də milli həmrəyliyi əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlamasıdır. Xüsusilə gənclərin bu ideoloji xəttə cəlb olunması dövlət səviyyəsində strateji əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyasının Sosial Media üzrə nümayəndəsi Rəsul Səlimzadə bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiya fəalları sosial şəbəkələrdə də ardıcıl və məqsədyönlü fəaliyyət göstərərək ilin ideoloji mahiyyətinin təbliğinə mühüm töhfə veriblər.

Sonra YAP Yasamal rayon təşkilatının sosial media üzrə gənc fəalları Nuray Əliəskərova və Elgün Rüstəmli “Konstitusiya və Suverenlik İli” və “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əhəmiyyətindən bəhs ediblər. Göstərilən diqqətə görə YAP Yasamal rayon təşkilatına minnətdarlıq ifadə olunub.

Çıxışlardan sonda sosial media sahəsində fəaliyyət göstərən YAP Yasamal rayon təşkilatının aktiv gəncləri və fəallarına hədiyyələr təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasını Himninin səsləndirilməsi ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri