Icma.az
close
up
RU
YAP Veteranlar Şurası ilə “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında görüş olub

YAP Veteranlar Şurası ilə “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında görüş olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvləri ilə “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.

Bildirilib ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi məsələlərin daim diqqət mərkəzində olduğunu və ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Görüşün əhəmiyyətinə diqqət çəkən Arif Rəhimzadə sözügedən istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. İctimai Birliyin aktual məsələlərlə əlaqədar mühüm layihələr reallaşdırdığını, o cümlədən Türk dövlətlərində əlamətdar hadisələrlə bağlı çoxsaylı tədbirlər keçirdiyini, Azərbaycanın bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran S.İmamverdiyev rəhbərlik etdiyi təşkilatın YAP Veteranlar Şurası ilə işbirliyində maraqlı olduğunu bildirib.

Görüşdə YAP Veteranlar Şurasının üzvləri Tahir Məmmədov, Elbay Qasımzadə, Arif Qaraşov, Zərifə Quliyeva, Adilə Abasova, Tahir Rzayev, Şahlar Əsgərov, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məşədihəsənli, Qadınlar Şurasının sədri Güllü Yoloğlu, təşkilatın nümayəndəsi İbrahim Quliyev çıxış edərək əməkdaşlıq imkanları barədə fikirlərini diqqətə çatdırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri