Icma.az
close
up
RU
Dünya Gənc Türk Yazarlar Birliyi ilə Gənclər Təşkilatları Milli Şurası arasında görüş keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyi ilə Gənclər Təşkilatları Milli Şurası arasında görüş keçirilib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş təşkil olunub.

Görüşdə DGTYB-nin başqanı İntiqam Yaşar, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rəfael Hacıbəyli, DGTYB-nin başqan müavinləri Şahanə Müşfiq, Ayşən Rəhim, idarə heyətinin üzvləri Yeqzar Cəfərli, Yusif Nazim Ərəbsoy, Fuad Cəfərli, Nofəl Ümid, Şükür Əli, birliyin üzvləri Aygün Bayramlı, Aysel Kərim, Vasif Şükür, Gülnar Taclı, Elmir Həsən, Rizvan Fikrətoğlu, Səma Muğanna və b. iştirak ediblər.

NAYORA ilə DGTYB-nin əlaqələrinin genişləndirilməsi, eləcə də gənclərin mədəniyyətə, ədəbiyyata, incəsənətə diqqətinin artırılmasına həsr olunan görüşdə bu istiqamətdə təkliflər səsləndirilib, yaxın gələcəkdə görülə biləcək işlər planlaşdırılıb.

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rəfael Hacıbəyli dövlətimizin gənclər siyasətindən danışaraq bu siyasətə gənclərin, xüsusən Gənclər Təşkilatları üzvlərinin də önəmli töhfələr verdiyini vurğulayıb. O bildirib ki, Şura əməkdaşlıq etdiyi Gənclər Təşkilatları ilə əlaqələrin sıxlaşdırılması, birgə layihələrin həyata keçirilməsi üçün hər cür lazımi dəstəyi göstərməyə hazırdır.

Görüşdə çıxış edən DGTYB-nin başqanı, şair İntiqam Yaşar indiki dövrdə gənclərin ədəbiyyatdan, incəsənətdən uzaq düşdüyünü ürək ağrısı ilə vurğulayıb və onların yenidən milli-mənəvi dəyərlərimizə sahib çıxmaları, ədəbiyyata və mədəniyyətə marağın artırılması üçün müxtəlif yaradıcıyönümlü təşkilatların birgə fəaliyyətlərinin vacibliyini vurğulayıb.

Həmçinin, şairlər Şahanə Müşfiq, Ayşən Rəhim, Fuad Cəfərli, Yusif Nazim Ərəbsoy, Aygün Bayramlı, Vasif Şükür və başqaları çıxış edərək sözügedən istiqamətlərdə ilkin addımların atılması üçün müxtəlif təkliflər səsləndiriblər.

Bütün təkliflər geniş şəkildə müzakirə olunub və bu cür görüşlərin davamlı keçirilməsi qərarlaşdırılıb.

Görüşün sonunda DGTYB-yə qəbul olunmuş yeni üzvlərə və idarə heyəti üzvlərinə vəsiqələr təqdim olunub, xatirə fotosu çəkilib.

MEHRİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri