Icma.az
close
up
RU
YAP Xətai rayon təşkilatının qərargahında bir qrup fəal gənclə görüş keçirilib

YAP Xətai rayon təşkilatının qərargahında bir qrup fəal gənclə görüş keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında altı müxtəlif ali təhsil müəssisəsinin bir qrup fəal gənci ilə “Gənclərin beynəlxalq platformalarda təmsilçiliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Görüşdə rayon partiya təşkilatının sədri Ramil Mirzəyev, millət vəkilləri Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə, həmçinin, rayon partiya təşkilatı sədrinin müavini Vüqar Hüseynov iştirak edib.
Newscenter.az xəbər verir ki, görüşü açıq elan edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev gənclərə müraciət edərək ilk öncə onların bu addımını təqdirəlayiq hesab etməklə yanaşı bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətin əsas tərkib hissələrindən biridir. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclərimiz ölkəmizin ictimai-siyasi həyatının bütün sferalarında yüksək səviyyədə təmsil olunurlar. R.Mirzəyev Azərbaycanın inkişafında gənclərin fəallığının önəmli olmasından danışıb, həmçinin ölkəmizin beynəlxalq sferada tanınmasında, bayrağımızın müxtəlif ölkələrdə və müxtəlif sahələrdə dalğalanmasında gənclərimizin də böyük rolunun olmasını vurğulayıb. Sədr Ramil Mirzəyev eyni zamanda gənclərin fəaliyyəti istiqamətlərində Yeni Azərbaycan Partiyasının daim onlara dəstək olduğunu qeyd edib.
Görüşdə çıxış edən millət vəkili Vüqar Rəhimzadə gənclərə tövsiyələr edərək bildirmişdir ki, “hər kəs, o cümlədən gənclər birmənalı şəkildə bilməlidir ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixdə hansı mühüm hadisələrlə yadda qalıb. Millət vəkili, həmçinin, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində müstəsna və misilsiz xidmətlərindən danışıb, ulu öndərin ölkənin iqtisadiyyatının güclənməsində çox böyük rolunun və töhfələrinin olmasını vurğulayıb. Eyni zamanda cənab Prezident İlham Əliyevin Azərbaycanı dünyaya daha yeni tərəqqilərlə təqdim etdiyini və bunun nəticəsində COP29-a ev sahibliyi etməklə Azərbaycanın dünya yaddaşında qalmasının uğurlu tarixi hadisə olmasını qeyd edib.
Deputat Pərvanə Vəliyeva çıxışında tədbirin təşkilinə, göstərilən dəstəyə və gənclərin iştirakına görə öz təşəkkürünü bildirərək, hər bir sektorda olduğu kimi, gənclər sektorunda da yeni çağırışların olmasından, bu baxımdan dövlətimiz tərəfindən gənclərin təşəbbüsünün daim dəstəkləməsindən danışıb. Deputat bildirib ki, gənclərə ilk dəstəyi Ulu öndər Heydər Əliyev vermişdir. Qürürvericidir ki, ölkədə təşəbbüskar və yenilikçi gənclər formalaşıb. Cari ay ərzində ölkəmizin uğurlu ev sahibliyi ilə yekunlaşan COP29 tədbirində gənclərin uğurlu fəaliyyətindən danışıb.
YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov gənclərə müraciətində, onların Azərbaycanın gələcəyi olduğunu bildirərək qeyd edib ki, ölkənin inkişafı üçün gənclərin fikirlərinə və ideyalarına ehtiyac vardır. XXI əsrdə innovativ, kreativ ideyaların verilməsində gənclər aktiv rola malikdir. Azərbaycanın uğurlu gələcəyi gənclərdən asılıdır.
Çıxışlardan sonra gənc politoloqların fikirləri dinlənildi, onlar öz təklif və istəklərini bildirdilər və millət vəkilləri ilə interaktiv fikir mübadiləsi aparıldı.
Görüşün sonunda gənclər Yeni Azərbaycan Partiyasına qoşulmağa, ölkənin inkişafında partiya ilə birgə addımlamağa dəvət ediliblər.

Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri