Xalqın YAPa sarsılmaz inamı partiyanın növbəti qələbəsini şərtləndirir
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Qızılağac bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bütün vətəndaşların yüksək sosial rifahının təmin edilməsi prioritetinə uyğun olaraq yerlərdə resursları səfərbər etməklə iqtisadi dəyər yaradan mənbələrin hərəkətə gətirilməsi qarşıda duran başlıca vəzifələrdəndir. “Yüksək həyat standartlarını formalaşdırmaq üçün yerli özünüidarəetmə orqanlarının mövcud imkanlardan səmərəli istifadə etməsi, istehsal və xidmət sahələrinin qurulması, ailə-kəndli təsərrüfatlarının, fərdi sahibkarlığın inkişafına dəstək verməsi aktual çağırışlar sırasındadır”, - deyə vurğulanıb.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Ağabala Ağayev, Allahverdi Piriyev, bələdiyyə üzvlüyünə namizədlər Bünyad Yolçiyev və Şakir Hüseynov xalqın Yeni Azərbaycan Partiyasına sarsılmaz inamının partiyanın növbəti qələbəsini şərtləndirdiyini vurğulayıblar. Onlar yeni nailiyyətlər üçün seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















