Yapon alimləri xərçəng hüceyrələrini yaşıl işıqla “özünü məhv etməyə” məcbur edən üsul təqdim ETDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Okeyama Universitetinin alimləri xərçəng hüceyrələrini yaşıl işıq təsiri altında “özünü məhv etməyə” məcbur edən optogenetik üsul inkişaf etdiriblər. Texnologiyanın əsasını mikrobial protein archaerhodopsin-3 (AR3) təşkil edir. Bu zülal proton nasosu kimi fəaliyyət göstərir: işıqla stimullaşdırıldıqda hüceyrədən hidrogen ionlarını çıxarır, pH səviyyəsini artırır və nəticədə mitoxondrilərin işi pozularaq apoptoz prosesi—yəni proqramlaşdırılmış hüceyrə ölümü baş verir.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of the American Chemical Society" (JACS) jurnalında dərc olunub.
Alimlər AR3 genini iki aqressiv şiş hüceyrəsinə — kolorektal şiş MC38 və melanoma B16F10 hüceyrələrinə daxil ediblər. Yaşıl lazer işığı altında modifikasiya edilmiş hüceyrələr kütləvi şəkildə məhv olub: MC38 hüceyrələrinin 40 faizindən çoxu, B16F10 melanomasının isə 60 faizindən çoxu apoptozdan keçib. Maraqlıdır ki, işıq olmadan heç bir təsir müşahidə edilməyib.
Bu yeni üsul gələcəkdə xərçəng müalicəsində daha hədəflənmiş və zərərsiz terapiya variantlarının inkişafına töhfə verə bilər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 03 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















